reklam
Pomidor Şorbasının ən orjinal resepti Pomidor Şorbasının ən orjinal resepti http://sun.az/uploads/posts/2017-12/thumbs/1512730050_images.jpg
Esmeralda

Esmeralda Mətbəx 8-12-2017, 14:48

Pomidor Şorbasının ən orjinal resepti

Pomidor Şorbasının ən orjinal resepti


Pomidor şorbasının müxtəlif reseptləri var. Bugün sizə təqdim edəcəyim resept ən asan və ən tez hazırlanan pomidor şorbası reseptlərindən biridir. Bu şorbaya dad verən yaxşı yetişmiş dadlı pomidorlarla bərabər, süfrəyə verilən şorbanın üstünə bol-bol səpilən pendirdir. Pendir isti şorbada əriyib ona xüsusi dad qatır.

Ərzaqlar:
3 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
2 xörək qaşığı tomat pastası
6 iri yetişmiş pomidor – sürtkəcdən keçirin, yaxud blenderlə püre edin
Duz, istiot
Bir çimdik şirin bibər tozu (paprika; mütləq deyil)
4-5 stəkan su
Pendir (bunlardan biri ola bilər – kaşar pendiri, Holland pendiri, mozarella pendiri) – sürtkəcdən keçirin


Hazırlanma Qaydası:
Orta ölçülü tavada kərə yağını əridin. Unu əlavə edib 1-2 dəqiqə qarışdıra-qarışdıra azacıq qızardın.
Tomat pastasını əlavə edib bir dəqiqə də bişirin.
Pomidoru əlavə edib 2 dəqiqə tez-tez qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot, və istəyə görə bibər tozu əlavə edib qarışdırın. Pomidoru sürtkəcin iri gözündən keçiribsinizsə və şorbada iri-iri qalıbsa, kütləni blenderdə püre edib qazana geri tökün. Su əlavə edib şorba bir qədər qatışanadək, təxminən 10 dəqiqə bişirin. Şorba çox qatıdırsa, ona biraz qaynar su əlavə edə bilərsiniz.
Hazır şorbanı kasalara doldurun. Üstünə bol pendir səpib süfrəyə verin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
274 302 287 310 303 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.