reklam
Bir qadın, pəncərə və yağış Bir qadın, pəncərə və yağış https://sun.az/uploads/posts/2021-09/1631631860_loading.az_yagis-qadin.jpg
amon

amon Sevgi 14-09-2021, 20:00

Bir qadın, pəncərə və yağış

Bir qadın, pəncərə və yağış
Bir qadın vardı... əslində o həmişə vardı, içimdə yəni, bir müddətdir elə gəmirib dayanırdı ruhumu, içdən içə dağılırdı, bir az nəmli dəsmal dadındaydım. İndi elə bir dolanır ki, ürəyimin qapılarında, "buyur gir, hansından dilərsən, oradan gir" deməyim gəlir, amma edə bilmirəm nədənsə...

Onu həmişə gülərkən görürəm. Yaraşır çox zaman, gəlincə üzündə izah ediləcək bir ifadəsi olur, gözümdə daha da doğmalaşır, get-gedə böyüyür və mən onun böyüklüyünü kiçildiyimdən çox rahat anlaya bilirəm. Bir qadın əslində o yaşlı deyil əlbəttə, ən körpə halında əslində, ən saf, ən günahsız, ən mehriban... Həmişə o ən'lərə uyğun ola bilər bir bütünlükdə... Parçalara belə bölsəniz yüzlərlə insan çıxa bilər bədənindən, sanki itkin, sanki heç çizilməmiş şəkil kimi və heç çəkilməmiş bir fotoşəkil kadrı kimi... Əslində o böyük bir qadındır, böyüdükcə kiçildiyimi hiss etdirəm...

Yavaşca açıram pəncərəmi nəfəs alıram, o üzümə dəyən yağış dənəciklərindən mənə toxunur, bilirəm o məni get-gedə özünə hazırlayır, get-gedə üşüyürəm və bir səssizlik çökür ruhuma, sanki artıq O'yam!

"Yağış dənələri görünür pəncərəmdən, get-gedə hər şey olmaqda!"

Sevirəm yağış damcılarını, çünki yalnızlığımı indi onlarla paylaşıram, hər biri sanki bədənimi təmizləyir. Ruhumu get-gedə ona hazırlayırlar, elə hiss edirəm, çünki səbəbim olurlar... Sanki davamlı bir tövsiyə halındadırlar ürəyimə doğru, "doğru yoldasan, durma ona qaç" deyər kimi... Yağış dənələri vurur şüşəyə, sanki onun qapıma vurması kimi, sanki onun bədəni bədənimə toxunur kimi... Elə bir şey ki, bu qəribə, yalnız qəribə, çox qəribə...

Bir qadın oyandırır məni həyata
Heç tək adam düşünərmi gözləməyi
Sevmək bu qədər düşməsəydi dillərə
Bu qədər gözlənilirdimi xəyala...

Bir qadın yetdi ömrümü izah etməyə
"Həyatımız birləşdi" daha demədi amma
Kölgəm kölgəsiylə əl-ələ gəzməkdə...
Qəflətən ölmüşdüm o an, sonrası qəribədir onsuz da!


Yağış dənələri pəncərəmdən ürəyimin qapılarına axır, bir fotoşəkil kadrı kimi...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 471 436 498 532 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.