Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 3-ana mənə inan


Ülviyyə : Səbinəəəə Səbinəəə dur.
Səbinə düşüncələri- bu dəfə çox bərk yuxlamışdım. Elə bil neçə ilin yorğunluğu var üstümdə. Bu dəfə gözümü açanda harda oyancam görəsən. Artıq hər dəfə bir yerdə oyanmaq məni bezdirir. Amma yox bu dəfə deyəsən evdəyəm, eşitdiyim səs anamın səsidir.
Səbinə yarıyuxulu gözlərini açır. Hər tərəfə ətraflı nəzər gəzdirdikdən sonra evdə olduğuna əmin olur.Saata baxıb saatın 8 olduğunu görür. Eyninə bir şey keçirib ayağa qalxır. Qapının düz ağzında durmuş anasını görüb ona tərəf gedir. Yuxudan hələ tam oyanmadığından bir az əsəbi idi. Oyandırılmasına görə əlbəttə.
Səbinə: ana otağıma qədər gəlməyinə nəsə səbəb var hə? Axı sən bilirsən ki mən ən tez 9 da dururam.
Başını aşağı əymiş Ülviyyə çox sakit bir tərzda qızına cavab verdi.
Ülviyyə: sadəcə bu gün 9da xəstəxanada olmalıyıq.
Səbinə bir an anasının gözlərinin içinə baxdı əllərini tutdu. Gözləri belə anasından yalnız bircə şey istəyirdi. Ona inanmasını.
Səbinə: ana sən məndən böyüksən. Nə vaxt psixoloqa get dedinsə getdim. Amma xahiş edirəm bircə dəfə qızına inan. Mən sənin qızın deyilmiyəm. Psixoloqlar özgəsidi onun dediklərinə inanırsan amma mənim yox. Jalə sadəcə evlilikdən qaçıb məncə mən onu o günü həqiqətən də gördüm. Mənə inansan olmazmı. Belə çox ağırdı mənə həyatda güvənəcəyim bir insan belə yoxdu kimi hiss edirəm.
Səbinə düşüncələri - anamın üzünə baxdım o an o qədər istəyirdim ki mənə inanmasını. Gözlərinin yaşardığını görmüşdüm anamın. Düşündüm bəlkə anam məni qucaqlayıb qızım sənə inanıram deyəcək. Sən yalan deməzsən, qonşular, ətrafda olanlar kim sənə inanmasalar da dəli desə də mən sənin doğru dediyini bilirəm. Sənə inanıram tək sənə. Anam o qədər yanılttı ki məni. Sözləri o qədər qəlbimi qırdı ki bəlkə də ağır sözlər deyildi. Amma nə olsun mənə inanmamağı bəsdi o mənə inanmırdı. Allah bəlamı versin ki anam mənə inanmırdı. Mənə heç kəs inanmırdı. Amma mən inanırdım bir gün hər kəs mənim doğrularımı görəcək. Bəlkə gec ya tez olacaq amma görəcəklər. İndi isə hələ ki sevimli anamın istədiyi kimi olsun qoy məni xəstəxanaya aparsın. Qoy mənim yalnız stressdən və depresiyaya düşdüyümdən bunları gördüyümü düşünsün.
Ülviyyə: qızım sənə inanmaq istəyirəm. Bəlkə sən də özünə görə haqlısan amma narahat olma bu günlər də keçəcək. Yaxşı olacaqsan. Bumları unudacaqsan, yuxular görməyəcəksən.
Səbinə göz yaşlarına boğularaq anasına baxdı. Diqətlicə həm də. Qəlbi qırılmış şəkildə həmdə. Başqa sözlər gözləyirdi axı. Analarla qızlar rəfiqə olurlar deyirlər. Səbinə də anası ilə rəfiqə kimi idi. Amma bu rəfiqə birbildi ki yanıltmışdı onu. Düzdü canından çox sevirdi, həm necə sevməyə bilərdi. Ansı idi bu qadın onun. Amma gözlədiyi dəstəyi almırdı. Qızının arxasında durmurdu anası da. Səbinə yalnız sakitcə bunları söylədi.
Səbinə: ana özünü zorlama mən hər şeyi anladım. Sən mənə inanmırsan. Mənə hər zaman inandın amma bir ildi tam bir ildi dediyim bir kəlməyə belə inanmırsan. Sadəcə tək sənin inamını istəyirdim. Başqa biri yox amma sən də inanmadın. Eybi yox ana. İnanma qızına. Qızının ən çox sənin dəstəyinə ehtiyacı olduğu zamanda güvənmə qızına daha başqa insanlara necə inanar ki mənə doğma anam belə inanmırsa mənə.
Ülviyyəyə qızını belə görmək xoş deyildi. Bir il əvvəl hər gün yeni bir paltar alan özünə diqqət edən qız indi sadəcə sanki həyatdan küsmüş asosial hər şeydən hər kəsdən uzaqlaşmışdı. Hər kəs dən uzaq ayrı bir dünyada yaşayırdı. Qızına sənə inanıram deməyi o qədər istəyirdi ki amma inanmır dı axı. Amma yenə də qızının gözlərindəki yaşları silmək üçün inandığını bildirirdi.
Ülviyyə: qızım mənim saf təmiz gözəl qızım sənə necə inanmayım. Sən ki ömründə heç vaxt yalan danışmamısan indi sənə necə inanmayım. Sadəcə bu aralar köməyə ehtiyacın var. Mən sənə yardım edəcəm sən əvvəlki Səbinə olacaqsan. Yenə deyib güləcəksən. Yenə şən həyat sevgisi ilə döyünəcək ürəyin.
Səbinə: necə istəyirsən elə olsun ana sən əgər mənim köməyə ehtiyacım olduğunu deyirsənsə elədir. Amma kaş ki həqiqəqətən ürəkdən mənə inana bilsəydin.... Psixoloqa 9 da getməliyik aşağı düşək yemək yeyək çıxaq.
*****************
8:30.
Səbinə xəstəxanaya daxil oldu. Katibə onu görüb çağırdı. Katibə: buyurun nə üçün gəlmişdiniz.
Səbinə: Psixoloq Danielin qəbuluna gəlmişdim.
Katibə : hə istəyirsiniz otağında ya da çöldə gözləyin hələ gəlməyib. Amma deyəsən əvəz edən həkim var.
Səbinə Danielin otağına keçdi. Burda hər şey o qədər səliqəli idi ki. Otaqda ağ rəngdə mebel ağ rəngdəki aboyla dizayn edilmişdi. Otaqdakı abu hava belə insanı sakitləşdirməyə bəs edirdi. . Səbinə stulda oturub həkim gələndə nə deyəcəyini məşq edirdi.
Səbinə ucadan- salam həkim. Yox yox salam Daniel bəy, bəy artıq oldu. Salam Daniel həkim. Daniel həkim nə ya. Artıq ünsiyyətimiz olub. O qədər də rəsmi danışmağa məcbur deyiləm bəlkə də sadəcə Salam Daniel necəsiniz kifayət edər.
Bayaqdan Səbinənin danışıqlarına qulaq asan Səbinənin qarşıındakı masanın qabağında arxası ona tərəf çevrilmiş stulda oturan bir nəfər üzünü ona çevirdi. Səbinə çox bərk utanmışdı. Heç vaxt belə utanc duymamışdı. Qarşısında duran yaraşıqlı gənc ona baxıb o məftun edici gülüşü ilə qəh qəhələr boğulmuşdu.
Səbinə- axmaq sənə bu lazım idi. Görəsən bu adam mənim haqqımda nə düşünəcək elə biləcək Danielə qarşı hislərim var. Bəlkə gedib ona çatdıracaq. Çox axmağam. Yox yox ən yaxşısı mən çıxım otaqdan. Nə bu şəxslə nə də Daniellə qarşılaşmasam daha yaxşıdı.
Səbinə təzəcə ayağa durmuşdu ki Həmin şəxs gülüşünü dayandırıb onu saxlamağa çalışdı. Cəld onun yanına gələrək qolundan tutdu əyləşməyi təklif edib vəziyyəti izah etməyə çalışırdı. Özü də onun qarşısında oturdu.
Stefan: bağışlayın amma ( gülməyə başlayır) Daniel bəy Daniel (yenidən gülməyə başlayır) özümü saxlaya bilmirəm gülməyimi dayandıra bilmirəm. Çoxdandı bu qədər gülməmişdim.
Səbinə utanc hissi keçirirdi amma bu rəftarı görüncə xeyli əsəbləşmişdi bu qədəri artıq idi. Səbinə düşüncələri- bunlar dəli olmuyanı da əstəfurrullah. Boş ver bu axmağı Danieldə gəlmədi gedirəm heç kim saxlaya bilməz məni.
Səbinə: məni bunun üçün saxladınızsa doyunca güldünüzsə gedə bilərəm artıq.
Stefan: sadəcə güldüm üzr istəyirəm bax bir də gülməyəcəm söz bu axrıcıdı Daniel( gülür)
Səbinə: burda bu qədər gülməli nə var.
Stefan: siz elə bil ilk görüşə gəlmisiz.
Stefanın son cümləsi artıq Səbinəni çilədən çıxartdı. Bu artıq son damla idi. Stəkana su tökərsən və axrıncı damla onun daşmasına səbəb olan kimi Səbinənin də əsəbləri son həddə idi.
Səbinə əsəbdən nə edəcəyini bilmirdi. Stefanın sözləri onu hər dəqiqə bir az daha utanc səbəbi olurdu. Səbinə dodaqlarını dişləyirdi. Qaşlarını qaldırır öz özünə elə hey söylənirdi.
Səbinə düşüncələri- bu axmaq məni nə sanır. Yox bu axmağa nəsə deyib payın verməliyəm yoxsa axmaq vəziyyətinə qalacam.
Səbinə ayağa qalxır: mən gedirəm sağ olun.
Stefan vəld qabağına gəlir və üzr istəyir.
Stefan : bir kəlimə də bu barədə danışmayacam siz probleminizi mənə danışın mən də psixoloqam Daniel ola bilsin bir az geciksin.
Səbinə: gözləyərəm.
Stefan: özünüz bilin vaxtınız boldusa gözləyin.
Səbinə: bir az gözləməkdən heç nə olmaz.
Stefan : pnun nə vaxt gələcəyini demək dəqiq deyil.
Səbinə : yox yox ordadı baxın ordadı arxaya pəncərəyə baxın.
Stefan arxaya çevrilir və arxada heç nə olmadığını görür. Səbinənin Daniel haqqında danışdığını düşünür. Amma bir şeyi başa düşmür ki bəs niyə Səbinə bu qədər əsir. Rəngi də niyə belə qaçıb.
Stefan : nə gördün.
Səbinə: sən arxanı mənə tərəf çevirdiyin zaman o gəlir. Bax bax nolar tez bax ordadı.
Stefan yenə də arxada heç nə olmadığını görür. Səbinənin yanına gəlir.
Stefan: Səbinə dəqiq nə gördün mənə danış.
Səbinə: ordadı ordadı görürəm axı niyə inanmırsan ordadı. Qorxuram nolar nəsə elə mən qorxuram nolar nəsə elə.
Səbinə düşüncələr- o an özümü itirmişdim. Bədənim əsirdi. Qorxu bütün bədənimə hakim kəsilmişdi. Yenə də mi kabuslar amma mənə inan yox idi. Bu şəxs də mənə inanmayacaqdı. Amma şansımı yoxlamaq istəyirdim. Dilim söz tutmurdu ki deyim. Hər gecə gördüyüm kabus gözümün qabağında idi. Mən niyə bu qədər ondan qorxurdum. Çox qorxmuşdum. Artıq gücüm yox idi. Yalnız həkimin çölə çəxıb tibb bacısına nəsə dediyini eşitdim. Tibb bacısı gələndə əlində iynə var idi. Yenəmi sakitləşdirici vururdular. Axı bu bədən bir il sakitləşdirici vurulmaqdan artıq keyimişdi. Heç bir yanım ağrımadan mənə niyə sakitləşdirici vururdular. Nə vaxta qədər sakitləşdirici vuracaqdılar. Onsuzda heç nə yadımdan çıxmır ki əzab çəkirəm. Bir nəfər belə mənim düz danışdığımı nəzərə almırdı. Bəlkə biri inansa idi. Amma kim inanacaqdı ki. Artıq sakitləşdirici bədənimə işləyirdi. Qarşıdamki həkimin 2-3 kəliməsin başa düşdüm.
Stefan : Daniel gələ bilməyəcək bor neçə gün o gələnəcən səni burda saxlayacağıq qorxma hər şey yaxşı olacaq sakitləşəcəksən. Sadəcə 2- 3 gün.
Səbinə: yox istəmirəm.
Səbinə düşüncələri - o qədər sakitləşmişdim ki əslində bir müddətlik sakitlik. Sadəcə sakit səslə davranırdım. Yuxum gəlirdi. Nələr baş verəcəyindən belə xəbəraiz idim.
*********
2 saat sonra.
Ülviyyə qızının hələ də gəlməməsinə təəccüblənmişdi. Zəng edib soruşmaq üçün telefonu axtarırdə və nəhayət tapdı. Zəng edən zaman telefonu ona bir oğlanın açması onu təəccübləndirmişdi.
Ülviyyə: qızım niyə bu qədər gecikdin.
Stefan: bağışlayın Səbinə deyil həkimdi.
Ülviyyə: bəs qızım qız hardadı.
Stefan: həyəcanlanmayın sizi başa düşürəm qızınəz hesab edirəm bir kriz keçirdi sakitləşdirici vurmuşuq 2 - 3 gün klinikamızda qalsa onu dərindən müayinə edə bilərik. Ülviyyə:Mən elə bu dəqiqə gəlirəm.
Stefan: xanım seçim sizindi. Gəlsənizdə ona bir köməyiniz dəyməyəcək.
***************
30 dəqiqə sonra.
Klinikaya daxil olan Ülviyyə cəld katibəyə yaxınlaşdı. Katibədən ona yardəm etməsi üçün kömək istədi.
Ülviyyə: xanım psixoloq Daniel hardadı onla danışmalıyam.
Katibə: o gəlməli idi. Amma nəsə problemi çıxıb deyəsən gəlməyib.
Ülviyyə : axı mən onunla danışdım qızımı 3 gün burda saxlayacaqlarını dedi.
- Siz yəqin məni axtarırsınız sizlə danışan mən idim deyə arxadan Stefan səsləndi.
Ülviyyə: mən qızəmı evə aparmaq istəyirəm.
Stefan : gəlin otağıma keçək ya da Danielin otağına keçək mən sizinlə danışacam və sonra yenə aparmaq istəsəniz qızınızı aparın.
Danielin otağına keçdikdən sonra Stefan qarşısında gördüyü bu narahat ananı sakitləşdirməyə çalışdı.
Stefan: sakit olun qızınız indi sakitləşdirici vurulub yaxşıdı. Amma mənə onun nə qədər vaxt belə olduğunu necə simptomplar göstərdiyini danışın. Mən qızınızın vəziyyətinizi yaxından izləmək istəyirəm.
Ülviyyə olanları qızənın hər gecə vəziyyəti haqqında danışdı.
Stefan : dostundan sonra belə olub demək. Sadəcə bir müddət burda qalsın onun üçün ən yaxşı yer buradı. Siz onun yanında olsanızda simptompları tutanda heç nə edə bilməyəcəksiz. Amma bura özəl klinikadı bizim hər cür şəraiti var.
Ülviyyə bu qərarı verməkdə çox çətinlik çəkirdi. Özünü qızına xəyanət etmiş kimi his edirdi. Amma bir il keçsə də qızında bir irəliləyiş görmədiyindən düşünürdü ki bəlkə də ən yaxşı yol onun bir müddət burda qalması idi.
Ülviyyə: bir neçə gün amma. Qızımı görmək istəyirəm.
Stefan : əlbəttə buyurun o yəqin ki ayılıb.
Ülviyyə Səbinəni görəndə ürəyi söküldü. Səbinə nin saçını oxşadı. Qızım deyərək damla damla göz yaşları axıtdı. Səbinə isə sakit səslə yalnız bunu deyirdi: anacan məni aparmağa mı gəldin.niyə ağlayırsan axı.
Ülviyyə göz yaşlarını dayandıra bilmədən : qızım bir neçə gün burda qalacaqsan sonra gəlib səni aparacam.
Səbinə: yox ana burda qalmaq istəmirəm burda özümü tamam yalnız hiss edirəm. Buranın pəncərələri həbosxana pəncərələrinə bənzəyir otaqdan çıxanlar isə qapını bağlayıb gedir. Getmə mən burda sənsiz necə qalaram.
Ülviyyə bir anlıq fikrini dəyişib yox qızımı aparıram demişdi həkimə.
Stefan isə onun qulağına bu kəlimələri dedi: baxın artıq sizi görmək belə onu əsəbləşdirdi. En yaxşısı bir neçə gün ondan uzaq olun. Bura gəlməyin.
Ülviyyə ağlaya ağlaya otaqdan çıxdı. Səbinə anasına tərəf gəldi amma qapını üzünə kilitlədilər qapıya əllərini çırpdı nə qədər çığırtıları yayıldı hər tərəfə.
Səbinə: getmə ana getmə məni yalnız buraxma ana. Ana qorxuram. Ana qorxuram. Anaaaaaaaaa
Ülviyyə isə daha bərk qaçırdı sanki qızının səsindən qaçırdı, qorxurdu ki dayansa qızını yalnız buraxa bilməyəcək burda. İki gözddə də yaşlar axırdı biri qapını ağzında yerə sərilmiş biri isə klinikadan çıxandan sonra qaçmaqdan nəfəsi kəsilib klinikanın ağzındaca oturmuşdu. Qızından qaçdığını sansa da səsi hələ də qulaqlarındaydı. Daha da bərk qaçdı. Uzaqlaşana qədər qaçdı. Səbinə yalvarırdı qapını taqqıldadır dı.
Səbinə: açın qapını açın zəhrimara qalmış qapını açın yalvarıram açın bu qapını.
Səbinə düşüncələri - yenə tərk etdi əvvəl qəlbi ilə tərk etmişdi indi isə özü tərk etdi. Ana sənə ehtiyacım vardı tək ana ana səni istəyirəm yenə atdın ana səni istəyirəm tək getmə nə olar getmə yalvarıram getmə desəm də fayda etmə di. Keşkə qayıtsaydın. Bu məqam da qapı səsi o qədər sevindirmişdi məni amma anam deyildi. Başqa biri idi. Yenə əlində sakitləşdirici olan tibb bacısı idi yenə vurdu mənə o zəhrimara qalmışı yenə sakitləşmiş idim. Amma əzablarım bitmirdi sadəcə bir anləq uzaqlaşırdı.
*********
Səbinə - təzəcə gözümü açırdım yenə də o xəstəxanada idim mənə həbisxananı xatırladan xəstəxanada. Gecə düşmüşdü tək idim. En azından əl qolum bağlı deyil deyə sevinmişdim. Pəncərədən həyətə baxırdım. Heç gözəl mənzərə də yox idi əslində. Düzdü Bakı gözəl şəhər di. Amma hərəkətdə olan maşınlardan başqa. Birdə qıraqda sırayla düzülən zibilqabıdan başqa heç nə yox idi aşağıda. Tibb bacısının səsin eşidən kimi yerimə girdim. Mənim yatıb yatmadığımı yoxlamağa gəlmişdi yəqin çünki o dəqiqə getdi. Pəncərəyə heç fikir də verməmişdi. O gedəndən sonra tam da dururdumbaşımı qaldıranda qorxu məə hakim kəsildi. Budur qarşımda o canavar. O. Məzarda gördüyüm canavarlardan biri. Bu canavar məzar başında ağlayan canavar deyildimi. Bilmirdim arxaya arxaya gedirdim o da üstümə gəlirdi. Axırda düz çarpayının üstünə yıxıldım. Nəfəs ala bilmirdim. O qədər qorxmuşdum ki ürəyim tez tez döyünürdü. Oqarşımda sakitcə dura belə yenə də qorxmuşdum. Qorxurdum tez qapıya tərəf qaçdım qışqırdım. Yalvardım tib bacısını çağırdım. Kömək edin bir tərəfdən qapıya bir tərəfdən canavara baxırdım. Canavar axır addımları ilə üstümə gəlirdi. Yalvarırdım kömək edin. Ağlayırdım ölümümün burda çatdığına artıq əmin idim. Otaqda bir əşya belə qoymamışdılar. Kəsici əşya belə yox idi. Canavar üstümə gəlirdi. Birdən qapı səsi eşitdim. Bu mənim son şansım idi. Doğru dediyimi hər kəs öyrənəcəkdi. Qapı açıldı. Stefanı görən kimi ona yalvardım.
Səbinə:Stefan bax o burdadı.
Stefan : hardadı nə?
Səbinə - arxaya çevrilmişdim ki ona sübüt edim hər şeyi amma arxaya çevrildikdən sonra heç kəsin olmadığını gördüm. Stefana mənimlə pəncərəyə baxmasını xaiş etdim güclə də olsa razı saldım. O pəncərədən baxanda artıq heç nə yox idi. Birdən diqqətimi başqa şey çəkdi Stefan burda idi və qapı açıq idi burdan qaça bilərdim omsuzda onu inandıra bilməyəcəkdim. Ona görə də qaçmağa üstünlük verdim. Qaçdım ama Stefanın tam qabağımda necə peyda olmağı məni çaşdırmışdı. Axı bayaq otaqda indi burda tamam çaşmışdım. O isə fürsətdən istifadə edib qollarımdan məni tutub aparmışdı.
Səbinə: Stefan amma sən
Səbinə-sadəcə göz vurmuşdu. Sonra isə əlavə etmişdi: qaçmağa çalışma alınmayacaq mən səndən daha sürətliyəm.
***********
Səbinə- 3 gündü burdayam yenə də həmin canavarı gördüm üstümə cumdu. Yenə çığırıqlarım xəstəxananı bassa da heç kəsin vecinə deyildim. Hər kəs məni ölümə tərk etmişdi sanki. O qorxunc gözlər mənə tanış gəlirdi. Amma niyə. Dişlərindən qanlar axırdı bu vəhşinin Allah bilir kimin qanı idi. Bəlkə o qurbanlardan biri məni idim. Tək istəyim gəlinliyin lənətindən Jaləni qutarmaq idi. Amma həmin gündən canavarlar məndən əl çəkmirdilər. Artıq bilirdim. Bu dəfə heç kəs məni xilas etməyəcək. Səsimi kəsib ölümümü gözləyirdim. Gözləeimi yumduğum an qurtarıcım gəlmişdi. Məni qucağına götürüb o xəstəxanadan çıxardırdı. Yenə də Omavi gözlü şəhzadəm idi. Nağıllardakı şəhzadə mənim həyatıma qonaq gəlmişdi bu daniel idi. Mən ona təşəkkür etmək istəyirdim ki əl ilə dodağıma sus işarəti edib: sakit ol yorma özünü narahat olma səni burdan çıxardacam dedi.
Məni maşına aparıb oturdu. Amma bu vaxt Stefan onun qabağını kəsdi. Mənə: sən maşında otur mən gəlirəm dedi. Pəncərənin şüşəsini aralayıb gizlincə onlara qulaq asdım.
Daniel: onu nə haqla burda saxladın.
Stefan: ən yaxşı yol bu idi
Daniel: hə ona görə daha da pis olub.
Stefan : mən onu qorumağa çalışırdım.
Daniel: nədən qoruyurdun.
Stefan: özün yaxşı bilirsən.
Daniel: mən onu evimə aprıram.
Stefan: bu onun üçün təhlükəlidi.
Daniel: burda belə vəziyyətdə qoya bilmərəm onu məni dayandırmağa çalışma.
Daniel maşına mindi və mşını sürməyə başladı. Səbinə cəhənnəmdən qurtulduğunu sanmışdı. Amm xəbəri də yox idi ki daha böyük bir cəhənnəmə daxil olur.