Məscidlərə qadın mollalar da təyin ediləcək Məscidlərə qadın mollalar da təyin ediləcək http://sun.az/uploads/posts/2018-09/thumbs/1537076111_685445_0000.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 16-09-2018, 09:33

Məscidlərə qadın mollalar da təyin ediləcək

Məscidlərə qadın mollalar da təyin ediləcək


Bunu Qafqaz Müsəlmanları Idarəsinin nümayəndəsi Rəhimə Dadaşova "Dini mərasimlər:ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar dini gözəl bilməlidirlər.

R.Dadaşova bildirib ki, məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsillli olması,t əkmilləşməsi də diqqətdə olan məsələlərdəndir.

O əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirilir: "Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib".

R.Dadaşova onu da bildirib ki, erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz: "Çox zaman erkən nikahı məhz mollalara bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz".

Onun sözlərinə görə, hələ 2001-ci ildə idarə fətva vermişdi ki, heç bir din xadimi rəsmi nikah kağızı olmadan kə bin kəsə bilməz. Dini kəbin kəsilırkən rəsmi nikahın qeydiyyat nömrəsi qeyd edilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 207 181 191 216 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.