reklam
Cənnət və cəhənnəmi ALLAH belə izah etdi Cənnət və cəhənnəmi ALLAH belə izah etdi http://sun.az/uploads/posts/2015-12/thumbs/1449864823_38.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ İslam Dini 11-12-2015, 23:13

Cənnət və cəhənnəmi ALLAH belə izah etdi

Cənnət və cəhənnəmi ALLAH belə izah etdi

Bir gün insan cəsarətini toplayıb Allahdan cənnət və c
əhənnəmin necə olması barədə soruşdu.

Allah bunu izah etmək üçün ona hər ikisini göstərmək qərarına gəlir.
İlk öncə cəhənnəmi göstərir. Burada bir stol olur, üstü hər bir nemətlə dolu. Lakin ətrafında oturmuş insanlar çox ac və əldən düşmüş görsənirlər.

İnsan Allahdan bunun səbəbini soruşunca Allah izah edir:
- Bu insanların qarşısında hər bir nemət var. Əllərinə isə uzun tutqaclı qaşıq bağlanıb. Onlar yeməyi qaşıq ilə götürə bilir, lakin qaşıqların tutqacı çox uzun olduğu üçün yeməyi ağızlarına qoya bilmirlər. Allah insanı cəhənnəmdən çıxarıb cənnətə aparır.

Burada İnsan tam eyni bir səhnənin şahidi olur: eyni stol, eyni nemətlər və insanlar əllərinə bağlanmış eyni cür uzun tutqaclı qaşıqlar. Lakin stolun ətrafındakı insanlar tox və şən görsənirlər.

İnsan bir şey başa düşməyib Allahdan soruşur:
- Allahım, bəs necə olur ki, cənnətdə və cəhənnəmdə şərait tam eynidir, ancaq cəhənnəmdə insanlar ac qalıb, cənnətdəkilərsə toxdur?

Allah cavab verir:
- Cəhənnəmdəkilər yalnız özünü düşünənlərdir və öz qarınlarını doydurmağa çalışırlar. Onlar həyatlarını necə yaşayıblarsa burda da eynidirlər. Cənnətdə isə insanlar bu qaşıqlara yeməyi doldurub bir-birilərini yedizdirirlər. Bir-birlərinin qayğısına qalırlar. Ona görə də hamısı tox və razıdırlar.

Cənnət və ya cəhənnəmə gedən yol bizim imkanlarımızdan deyil, o imkanları necə və nə üçün istifadə etməyimizdən keçir.

P.S: Bu hekayəni oxudum və çox maraqlı gəldi,

sizlərlədə paylaşmaq istədim

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 221 264 270 200 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.