reklam
Hz.Məhəmməd'in (s.a.s) Məkkə'dən Mədinə'yə hicrəti Hz.Məhəmməd'in (s.a.s) Məkkə'dən Mədinə'yə hicrəti https://sun.az/uploads/posts/2020-11/thumbs/1606690633_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid İslam Dini 30-11-2020, 09:30

Hz.Məhəmməd'in (s.a.s) Məkkə'dən Mədinə'yə hicrəti

Hz.Məhəmməd'in (s.a.s) Məkkə'dən Mədinə'yə hicrəti
Mədinəli müsəlmanlar Hz.Məhəmmədin (s.a.s) Məkkədən Mədinəyə gəlmək üzərə yola çıxdığını eşitmişdilər. Buna görədə hər sabah namazından sonra Harre mövqeyinə çıxaraq, günorta istisi düşənə qədər yolunu həyəcan və səbrsizliklə gözləyərdilər.

Yenə bir gün günortaya qədər gözləyib evlərinə qayıtmışdılar. Bu əsnada işi üçün evinin damına çıxmış olan bir Yəhudi, bəyazlara bürünmüş bir neçə nəfərin gəldiyini gördü. Müsəlmanların Hz.Rəsulallahı günlərdi gözlədiklərini bilirdi. Odurki qışqırmağa başladı:
"Ey Ərəb topluluğu! Budur, gözlədiyiniz dövlətliniz gəlir!"


Bu müjdə Mədinə küçələrində bir şimşək kimi çaxdı. Şəhər bayram havasına büründü. Müsəlmanlar dərhal silahlanıb o tərəfə doğru qaçdılar. Qarşılamağa gələnlər, Rəsul-i Nebəviyyə və Hz.Əbu Bəkirə bir xurma ağacının kölgəsində qovuşdular. Günlərdən bəri yolunu həyəcan, səbrsizlik və məhəbbətlə gözlədikləri Peyğəmbəri salamladılar, nur saçan mübarək simasını tamaşa etməyə başladılar.

Xurma ağacının kölgəsində bir müddət yorğunluğunu keçirən Hz.Məhəmməd, daha sonra bərabərindəkilər və qarşılayıcılar ilə birlikdə Mədinənin sağ tərəfinə düşən Küba kəndinə doğru yol aldı. Rebiülevvel ayının çox isti bir bazar ertəsi günü idi. Günəş atəşdən oxlarını bütün şiddətiylə yerüzünə göndərirdi. Nəhayət Rəsul-i Kibriya Əfəndimiz, ətrafındakı möminlər xalqasıyla Mədinəyə bir saat məsafəsi olan Küba kəndinə çatdılar.

Orada Amr b. Avfoğullarının qardaşı Gülsüm b. Hidm'in evinə gəldilər. Qızğın qumlar üzərindəki sürətli səyahət Hz.Məhəmmədi olduqca yormuşdu. Müsəlmanlarla görüşmək arzusuna görə Küba'da bir müddət qalmağa qərar verdi. Gecələri Mədinəli Müsəlmanların əhalisindən olan olduqca yaşlı Gülsüm b. Hidm'in evində qalan Əfəndimiz, gündüzləri isə Müsəlmanlarla danışmaq, söhbət etmək üçün əshabdan bekar biri olan Sa'd b. Haysenme'nin evinə gedərdi. Onsuz da mühacirlərin bekarları da onun evində qalırdılar. Bu səbəblə evinə "Darü'l-Uzab [Bekarlar evi]" deyilərdi.

Hz.Məhəmməd (s.a.s) Kübada qaldığı müddətdə Küba Məscidinin tikintisinə başladı. O məscid ki, Hz. Məhəmməd (s.a.s) həyatı boyunca hər şənbə günü bu mübarək məscidi ziyarət edər və içində namaz qılardı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 327 338 344 322 321

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.