reklam
HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 27. HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 27. https://sun.az/uploads/posts/2021-01/thumbs/1611773649_loading.az_picture1611344453333.png
ParadiseSark

ParadiseSark Hekayələr 28-01-2021, 00:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 27.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 27.
27-ci bölüm..
---
Həyat öz axışı ilə davam edirdi.. Müalicələrim bitmək üzrə idi. Anamı yaxşı olduğuma əmin edib göndərmişdim. Onun işindən ayrı qalmasını istəmirdim. Kənanla tanış olub onu tanıyandan sonra bizim münasibətimiz haqda əlavə söz deməmişdi. İlk görüşdən Kənana qanı isinməsi ürəyimcə olmuşdu. Kərimin sərgidən sonra işləri çoxalmış, işgüzarlaşmışdı. Xaricdən işi ilə əlaqədar təkliflər belə alırdı. Məryəm xanım Kənanla danışmaq istəsə də nə mən, nə də Kərim onu yola gətirə bildik. Atamı isə məni ziyarətə gələndən sonra görməmişdim. Kərimlə Kənanın qısa müddət ərzində yaxınlaşması və doğmalaşması məni xoşbəxt edirdi. İkisinin bir-birinə nə qədər ehtiyacı olduğu bəlli olurdu. Bu gün uzun müddətdir gözlədiyim iş təklifi ilə bağlı zəng gəlmişdi. Bu xəbəri ilk Kənanla bölüşmüşdüm... Saraya zəng edib ona da sevincli xəbəri çatdırmış və bu arada onu olanlardan xəbərdar etmişdim.. Sara bizi istirahət üçün rayona dəvət etmişdi.. Aylardır görüşmədiyimizə görə bu əla fürsət olar deyə düşünüb Saraya razılıq vermişdim. Kənanı yola gətirməyim zaman alacaqdı.. Duş qəbul edib, axşamkı görüşə hazırlaşmağa başladım.. Bir neçə gün əvvəl aldığım bədənimə tam oturan, dizdən bir az yuxarı qırmızı donu geyindim.. Saçlarım dalğalı olduğu üçün üstündə çox işləmədim və açıq buraxdım. Xəfif makiyaj edib hazırlığımı tamamladım. Bu sırada Kərim zəng etdi. Telefonu açıb salamlaşdım.
Kərim: Hazırsan?
Mən: Hazıram. Kənanı gözləyirəm.
Kərim: "Mənlə gedəcəyik,Nazlı"
Mən: Kənan bəs? Nə isə olub?
Kərim: Yox. İşi olduğu üçün özü belə istədi.
Mən: Yaxşı, Kərim. Aşağı enirəm.
Həyətə enib Kərimlə görüşdüm.
Kərim: Həmişəki kimi çox gözəl olmusan. Nə yeyirsən sən?
Mən: Sən də həmişəki kimi zarafatdan qalmırsan.
Kərim:Gözəl olmağın haqda dediklərim doğrudur.
Kərim gülümsədi, belə zarafat edib məni gülümsətməyi Azadı xatırlatdı. Gözlərim dolsa da özümü toplayıb maşına əyləşdim. Yoldakı tıxac səbəbindən məkana 20 dəqiqəyə çatdıq. Maşından enib ürəkaçan mənzərəni izlədim. Kərim məni səsləyib içəri keçməyim üçün işarə elədi. Birmərtəbəli, Geniş, zəif işıqlı məkanda addım səslərimiz əks-səda verdi. Bu cür cəlbedici yerin bomboş olmasına təəccüblənmişdim. Kərim stulu geri çəkib əyləşməyim üçün işarə elədi. Gülümsəyərək əyləşib gecənin səssizliyini pozdum: " Kənana zəng edim, bəlkə?"
Kərim: O da tıxacda qalıb. Rahat ola bilərsən.
Mən: Çox qorxuram, Kərim.. Ona görə narahat olmamaq əlimdə deyil.
Kərim: Kənan çox şanslıdır. Sənin kimi bir mələk var həyatında.
Utanıb başımı aşağı saldım. Kərimin telefonuna zəng gəldi. Kərim üzr istəyib məndən uzaqlaşdı. Həzin musiqi səsi məni fikirlərə qərq etdi. Gecənin mənzərəsini heyranlıqla seyr edirdim. Əsən sərin meh saçlarımı xəfif uçururdu. Anidən məkana qaranlıq çökdü. Həyəcanlanmamaq üçün cəhd göstərdim. Anın qorxusu ilə Kərim əvəzinə Kənanı səslədim..
-Buradayam.
Kənanın səsini eşidib ürəkləndim. Ayağa qalxıb addım səsi gələn tərəfə yönəldim. Titrək səsimlə "Kənan" dedim yenidən.
- Qorxursan, Nazlı?
Gülümsədim: Sən varsansa, qorxmuram.
-Bu qaranlıq məkan səndən əvvəlki həyatıma bənzəyir.. Sən yox idin həyatım zülmət içində idi..
Məkana dolan güclü işıq gözlərimi qamaşdırdı. Kənana tərəf qaçdım. Məni qucaqlayıb: "Nə vaxt ki, sən gəldin..bax o zaman həyatım belə aydınlandı" dedi. Məndən bir addım geri çəkilib dizi üstdə dayandı. Əlindəki kiçik qutunu açaraq " Mənim həyatımı bir ömür aydınlatmağa razısan? Mənimlə evlənərsən?" dedi..
Kənanın sözlərini yenicə dərk etmişdim. Kənan əllərimdən öpüb ayağa qalxdı. Məni özünə çəkib: " Sabaha qədər gözləməliyəm?" deyərək üzümdən öpdü. Mən də ona qarşılıq verib qısıq səslə " Razıyam" dedim. Kənan möhkəmdən güldü : " Bəs həmişə gülməyimi istəyirsən?". Qaşlarımı çatdım: "Əlbəttə". Üzüyü barmağıma taxıb : " Elə isə razılığını ürəkdən bildir. Görən olsa elə biləcək məcbur razılıq verirsən".
Kənanın dərdini indi anlayırdım. Yanağını sıxıb qulaqları batıracaq səsdə qışqırdım:" Sənin təklifini qəbul edirəm. Razıyam".
Alqış səsləri əks-səda verdi. Təəccüblə ətrafa boylandım. Anam, Sara, Kərim, Məryəm xanım da burada idi.. Sevincək şəkildə: "Bunları planlaşdırmısız?" dedim... Saranın burada olması mənə hədsiz sevinc bəxş etmişdi. Ona möhkəmcə sarıldım.. Anamın getdiyini düşünmüşdüm mənsə. "Ana" deyib üzündən öpdüm. Göz yaşlarım yenə məni üstələmişdi. Məryəm xanımla da qucaqlaşaraq yanımda olduqları üçün təşəkkür etdim. Kərim göz yaşımı silərək " Daha bu olmasın, Nazlı. Sən xoşbəxtliyin özüsən" dedi...
Kənan əlini mənə uzadaraq " gəl rəqs edək" dedi..
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
Bir elə sevgi var ki, hər kəs hiss eləyə bilməz,
Anladar gözlər onu, dildə söz ilə deyilməz.
Bir elə duyğu var ki, hər qəlbə, ürəyə gəlməz,
Yaşayar ömür boyu, ötən illərə yenilməz.
Sevdim səni necə, eşqindən duman olur başım,
Sevdim səni necə, dolur gözümə sevinc yaşım.
Bir ömür gündüz-gecə, ol həyat yolumda yoldaşım,
Yaşayaq beləcə, səninlə illər aşım..

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
Başımı Kənanın çiyninə söykədim. Onunla yaşadığım günlər, xoş xatirələr gözlərim önündə canlandı. Üzünə baxıb gülümsədim. Özümüz sussaq da baxışlarımızda əks olunmuşdu "Səni sevirəm "
Həyatımın ən gözəl günü... O gün ki, mənə vəd edilmiş xoşbəxtlik dolu ömür yolumun başlanğıcı olacaqdı...

27-ci bölüm sonu..

Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
253 261 277 265 273 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.