reklam
Doğurdanmı kişilər üçün evlilikdə xarici bənzərliyin önəmi var? Doğurdanmı kişilər üçün evlilikdə xarici bənzərliyin önəmi var? https://sun.az/uploads/posts/2022-12/1672425761_sevgi.jpg
n2006

n2006 Evlilik 30-12-2022, 22:42

Doğurdanmı kişilər üçün evlilikdə xarici bənzərliyin önəmi var?

Doğurdanmı kişilər üçün evlilikdə xarici bənzərliyin önəmi var?
Monpelye Təkamül Elmləri İnstitutunda elm adamlarının apardığı araşdırmadan maraqlı nəticələr çıxıb. Məlum olub ki, kişilər evlənəcəkləri namizədi seçərkən daha çox həmin insanın xarici görünüşünün onlara nə dərəcədə bənzədiyinə fikir verirlər. Bu zaman əsas göstərici qadının saç və göz rənginin kişi ilə nə dərəcədə uyğunlaşmasıdır.

Elm adamları 100 nəfərə yaxın kişi üzərində təcrübə keçiriblər. Təcrübədə iştirak edənlərə 20 qadın şəkli təqdim edilib və onlardan hansını daha cazibədar hesab etdikləri soruşulub. Montaj proqramlarından istifadə edilərək qadınlardan birinin üz quruluşu həmin kişinin cizgilərinə uyğunlaşdırılıb. Sonda sorğuda iştirak edən kişilərin 97%-i özlərinə oxşayan (məhz həmin şəkildəki) qadının digərləri ilə müqayisədə daha cəzbedici olduğunu bildiriblər.

“Polos One” jurnalında yayımlanan bir məqalədə isə tərəf müqabili seçimində qadınların da kişilər kimi davrandığı, yəni, daha çox xarici görünüş baxımından özlərinə bənzəyən kişilərə üstünlük verdikləri yazılıb. Bu araşdırmanı aparan Jan Bovet həm də digər bir maraqlı fikirlə çıxış edib. O bildirib ki, əksər insanların evlənəcəkləri namizədləri öz yaxın çevrələri, qohumları arasından seçmələrinin əsas səbəbi də məhz onların xarici görünüş baxımından oxşar olmalarıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
59 34 49 49 35 49

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.