
Müsəlmanın həm fərdi, həm də sosial həyatı eyni dərəcədə mühümdür. Bunlar arasında tənasüb tapmaq əsas məsələlərdən biridir. Əgər fərdi vəzifə ilə ictimai vəzifə arasında ziddiyyət yaransa, dini qanunlara əsasən nəticə çıxarıb ən üstününü seçmək və əməl etmək lazımdır. Məsələn, namazı öz vaxtının əvvəlində - azandan dərhal sonra – qılmaq çox savab işdir və hədislərdə təkid edilib. Amma təsəvvür edin ki, düz zöhr vaxtı həkimin yanına ölümcül xəstə gətirirlər və mütləq cərrahiyyə əməliyyatı etmək tələb olunur. Əgər bu halda həkim namazı vaxtın əvvəlində qılmağa üstünlük versə, xəstə həyatını itirəcək.
Göründüyü kimi, burada fərdi mənafeyi ictimai mənafeyə qurban vermək lazımdır. Yəni iki xeyrin arasından ən xeyirlisini seçib ona əməl etmək və iki ziyanın arasından ən ziyanlısını seçib ondan uzaq olmaq.