KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 6-04-2023, 21:00

Mərhumun ruhuna Quran tapşırmaq

Mərhumun ruhuna Quran tapşırmaq

Bəyənilən əməllərdən biri də Qurandan hər hansı bir surəni oxuyub mərhum şəxsin ruhuna hədiyyə etməkdir. Hədislərə əsasən, Quran tapşırmaq dünyasını dəyişən şəxsin bərzax aləmindəki vəziyyətini yüngülləşdirər.

İmam Rza (ə.s) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər və onun yanında yeddi dəfə “Qədr” surəsini oxuyarsa, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.

“Fatihə” , “Yasin”, “Saffat”, “Mülk”, “Əhzab”, “Ayətül-kürsü”, yeddi dəfə “Qədr” surələrinin mərhumlar üçün oxunması faydalıdır.

Quran tapşırmaq üçün mərhum şəxsin ruhuna hədiyyə etdiyini düşünüb, niyyət etmək lazımdır. Bunun üçün xüsusi məclis təşkil etmək vacib deyil. Onu da qeyd edək ki, Quran oxuduqdan sonra hər hansı bir duanın oxunması da zəruri deyil. Lakin müstəhəbdir ki, Quran oxuyandan sonra “tilavət duası”, daha sonra isə “tapşırma duası” oxunsun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
544 530 488 526 485 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.