ice berg

ice berg Sevgi 26-05-2023, 23:30

Və sonra... Bütün xoşbəxtliklər sona yetir

Və sonra... Bütün xoşbəxtliklər sona yetir
Biri gəlir həyatına və sən pəncərə kənarında qurumasın deyə hər saniyəvi ona ayırdığın gül kimi çox sevirsən o gələni. Hər şey dəyişir gözündə xoşbəxt olursan həmdə çox xoşbəxt olursan. Sanki dünyada deyildə göy üzündə yaşayırsan sanki digər insanlar kimi deyilsən tamam fərqlisən sanki açılan hər çiçək müqəddəs bir varlıq kimi gəlir sənə. Get gedə Tanrıya qaçırsan əl uzadırsan, yağış yağarkən əllərini səmaya doğru qaldırıb göy üzünə gülümsəyirsən. Artıq heç nə ağlatmır heç kim xətrivə dəyə bilmir heç nə yaralamır. Hələ oda səni sevirsə. Bunun hissləri anladılmaz, yazılmaz. Bütün dünyamı desəm göy üzümü desəm sanki hər şey ayaqlarının altında olur. Getdikcə danışırsız hər şey mükəmməl gedir. Və sonra.... deyəcəyin bir an belə olmur. Olmur yəni olmamalıdı olmayacaq. Və sonra... Bütün xoşbəxtliklər sona yetir. Sanki o olduğun göy üzündən səni heç düşünmədən yerə atırlar və bütün qabırğaların, onurğa sütunun, beynin, ürəyin ən xırda zərrən belə param parça olur. Sən yoxsan, nəfəs ala bilmirsən yaşaya bilmirsən ama səndən yaşamavı tələb edirlər bağışlanma diləyirlər şans istəyirlər. Olmur başa düşmürlər. Ölən bir insandan dirilməsini istəyirlər mümkünsüzlük nədir bilmirlər. Bağırırsan əl çəkin deyə qışqırırsan ürəyindən ahhlar çəkirsən eşitmirlər. Qəlblərini qırdığında səni insan yerinə qoymurlar ama param parça etdiklərin də səni, səndən insanlıq göstərib başa düşməyivi istəyirlər. Və ən pisi yenədə axmaq kimi inanmaq hər şeyə rəğmən yenədə sevmək. Bütün bunlar niyə? Getdikcə Tanrıdan qaçmaq.. Sanki dünyada deyildə cəhənnəmdə yaşayırsan sanki insan deyilsəni sanki açılan hər çiçək müqəddəsliyini itirmiş solmuş. Artıq hər şey ağladır hər şey yaralayır hər kəs xətrivə dəyə bilir. Hələ oda səni sevmədiyini göstərirsə... Artıq pəncərə kənarında qurumasın deyə hər saniyəvi ona həsr etdiyin çiçək çoxdan solmuş və atılmış.. Olan hər şey güllərə olmuş..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 375 328 311 354 349

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.