Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Maskalar 31-05-2023, 07:00

Evdə hazırlanan makiyaj təmizləyici

Evdə hazırlanan makiyaj təmizləyici
Sun.Az xəbər saytı
Dərinin sağlamlığını və gözəlliyini qorumaq üçün onu təmiz tutmaq vacibdir. Bu səbəbdən makiyajı üzünüzdən tam təmizlədiyinizə əmin olmalısınız.
Sun.aZ evdə hazırlaya biləcəyiniz makiyaj təmizləyicini təqdim edir.
Tərkibi
2 xörək qaşığı fındıq yağı
2 xörək qaşığı badam, zeytun və ya jojoba yağı
2 xörək qaşığı aloe vera
Bütün bu məhsulları bir qaba əlavə edib qarışdırın, kiçik şüşə qaba töküb istifadə edin.
Fındıq və aloe vera ilə birləşən jojoba yağı tuş və göz laynerini asanlıqla təmizləyəcək. Həmçinin, göz və göz ətrafının zərif dərisini zədələməyəcək.
Makiyajınızı təmizləmək üçün pambıqdan istifadə edin. Gözlərinizi bağlayın və qarışıma batırdığınız pambığı göz qapaqlarınızın üstünə çəkin. Yumşaq toxunuşlarla makiyajınızı təmizləyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 262 241 246 243 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.