Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Kosmetologiya 31-05-2023, 08:00

Ayaqlara düzgün qulluq metodları

Ayaqlara düzgün qulluq metodları
Sun.Az xəbər saytı
Yorğun keçən iş gününün sonunda ayaq əzələləri gərginləşir, ağrılar və sancma yaranır. Ev şəraitində ayaqlara düzgün qulluq metodlarını təqdim edirik.
1. Pilinq edin
Ayaqlardakı yorğunluğu aradan qaldırmaq üçün masajla yanaşı pilinq də edin. Ayaq daşı və ya kisə vasitəsilə yumşaq toxunuşlarla ayaqları masaj edin. Bu üsul topuğunuzdakı çatları zamanla müalicə edəcək. Prosedurun sonunda ayaqlarınıza nəmləndirici krem çəkin.
2. Yürüş edin
Yumru daşların, ağac qabıqlarının, yarpaqların, otların üzərində çılpaq ayaqla gəzin. Bu sizə rahatlıq gətirəcək.
3. Tennis topu ilə masaj edin
Uzun və yorucu iş gününün sonunda ayaqlarınızdakı yorğunluğu aradan qaldırmaq üçün tennis topu əla vasitədir. Topuqdan irəliyə doğru topu hərəkət etdirin. Qan dövranını sürətləndirərək sizə rahatlıq gətirəcək, gərginliyi aradan qaldıracaq. Eyni zamanda damar tutulmalarının qarşısını alacaq.
4. Buz vannası
Topuqlarınız ağrıyır və ya şişibsə, dəsmalın içinə buz qoyun və 15 dəqiqə ayaqlarınızın üstündə və altında saxlayın.
5. Dırnaqları kəsin
Gün sonunda ayaq barmaqlarında ağrı hiss edirsinizsə, bunun səbəbi dırnaqlarınız ola bilər. Bu səbəbdən onları tutub uclarını düzəldin.
6. Banan maskası
Banan ayaqlardakı ağrını azaltmaqla yanaşı soyuqdəyməni də aradan qaldırır. Ayaqlarınızı isti suda saxlayın. Bir ayağınızı sudan çıxarıb banan əzməsi və ya qabığı ilə sarıyaraq 4 dəqiqə gözləyin. Durulayın və digər ayağınızda prosedura təkraralayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
263 328 294 249 218 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.