

Uzaqlarda, yenə mən sənin xəyalına üzülürəm..
Adını xatırladıqca, sanki, bir qığılcım yandırır içimi..
Xəyalların qarışır sənsizliyimə və üzür məni hər gecə..
Mən sənsizliyimə üzüldükcə, sən bəlkə də, məni unudursan başqa qəlblərdə..
Gecənin qaranlığına öylə bir sığınmışamki, məni sənsizlik ağrısından oyatsın deyə..
Nə olacağını düşünmədən, gecə-gündüz əl açıb göylərə səni diləyirəm mən,
Və
Sənə həsr edirəm..
Bu dəliliyi, bu dəli sevgini, bu sər-səfil cəsədimi..
Görəsən, yetərincə möhkəm ağlasam, bağırsam SƏN deyə, eşidərmi qəlbin, qəlbimin səsini?
Göylərə baxıram,
Və
Ulduzlar öylə parlayırki, sən yoxkən, sanki onlarda dözməyib qışqırırlar, `Sus! Ağlama!` deyərcəsinə..
Bax buludlar da dözmədi, yenə gözyaşlarını tökür yer üzünə..
Sanki, onlarda ağlayır, sənsizliyimə..
Qəlbimi ağrıdan hər kəlmənə dözə bilərdim, birlikdə hərşeyin öhdəsindən gələ bilərdik bəlkə də..
Məni mənlə baş-başa buraxmadan öncə..
