Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Kosmetologiya 8-09-2024, 21:19

Keyfiyyətli kosmetik məhsulları necə seçməli?

Keyfiyyətli kosmetik məhsulları necə seçməli?
Sun.Az xəbər saytı
Keyfiyyətli kosmetik məhsulları necə seçməli olduğunuzu bilmirsiniz. Elədirsə, bu məqaləni oxuyun...
Çoxlarımız tez-tez şəxsi təcrübəmizdə parfümeriya və kosmetika bazarında qiymətindən asılı olmayaraq, saxta, keyfiyyətsiz məhsulların çoxluq təşkil etdiyinin şahidi oluruq. Bu da orqanizmdə, xüsusilə də dəridə müxtəlif səpkilər, xəstəliklər yaranmasına səbəb olur.
Statistikaya görə, il ərzində qadınlar təxminən 2,5 kiloqrama qədər kosmetik vasitələrdən istifadə edir. Kosmetikada istifadəsinə icazə verilən 10,5 min maddədən yalnız 11 faizi təhlükəsiz hesab olunur. Kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xanımların əksəriyyəti isə bu malların tərkibi və keyfiyyətindən xəbərlərsizdir. Kosmetik vasitələrin harada gəldi satılması narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər tövsiyə edir ki, açıq satılan yerlərdə boya vasitələrindən mümkün qədər uzaq durmalı, alınan malların üzərindəki istifadə müddəti və tərkibinə diqqət yetirilməlidir.
Bəs keyfiyyətli kosmetik məhsulları necə seçməli? Bunun üçün nələri bilmək lazımdır?
Stlist-vizajist Elyanə Məmmədovanın sözlərinə görə, kosmetik vasitələrin qablaşdırma quruluşuna fikir verməklə məhsulun keyfiyyətindən xəbər tutmaq mümkündür. Belə ki, onların seriya nömrəsi, hansı ölkənin istehsalı olduğu qeyd olunmayıbsa, deməli məhsul keyfiyyətsizdir: "İstifadə etdiyimiz kosmetikaya barmağımızla toxunanda da onun keyfiyyətinin hansı səviyyədə olmasını bilmək olar. Əgər pudra, kirşan, krem və ya tuj istifadə zamanı üzə hopmursa, kənardan üzə nəyinsə vurulduğu ləkələr şəklində bilinirsə, bu, artıq malın keyfiyyətsiz olduğundan xəbər verir. Tuju gözə vurduqdan sonra gözdə acılanma, qaşınma, sulanma olarsa, həmin məhsul keyfiyyətsizdir. Kosmetikanı seçərkən hansı firmadan olması önəmli deyil. Sadəcə vaxt lazımdır ki, qadınlar üzlərinin tonunu seçib ona uyğun vasitədən istifadə etsinlər. Məsələn, qadın saçını ən ucuz firmanın rəngi ilə boyadıqda belə, istədiyi nəticəni ala bilər. Ola da bilər ki, ən bahalı firmanın rəngindən istifadə etdikdə isə, o, qaşınma verər və bozarmış rəng alına bilər. Kosmetik vasitələrin üzə düşüb-düşmədiyini dəfələrlə sınayıb, sonra seçmək lazımdır. Pudradan istifadə etdikdən sonra qırmızı sızanaqlar, səpkilər əmələ gəlirsə, dəridə quruma gedirsə, o pudradan istifadə etmək düzgün deyil. Əsasən, layner, tuj və pomadadan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Dodaq ağıza yaxın olduğuna görə zəhərlənmə verə bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 179 170 142 162 144

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.