Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Münasibətlər 3-02-2025, 21:00

Cütlüklərin xoşbəxt olmasına mane olan səbəblər

Cütlüklərin xoşbəxt olmasına mane olan səbəblər
Sun.Az xəbər saytı
Hər bir münasibət, nə qədər də sevgi və anlayış üzərində qurulmuş kimi görünsə də, təəssüf ki, bəzi hallarda cütlüklər arzu etdikləri xoşbəxtliyə çata bilmirlər. Bunun səbəbi yalnız xarici amillərdə deyil, eyni zamanda daxili emosional problemlər və bir-birləri ilə sağlam şəkildə əlaqə qura bilməməkdədir. Gəlin, cütlüklərin xoşbəxtliyinə mane olan əsas amillərə nəzər salaq:



1) İnamsızlıq və təhlükəsizlik hissi

Münasibətlərin təməl daşı, qarşılıqlı inamdır. Əgər cütlüklərdən biri, qarşı tərəfə tamamilə etibar edə bilmirsə və ya özünü partnyorunun yanında tamamilə təhlükəsiz hiss etmirsə, bu münasibətlərin zəifləməsinə səbəb olur.

Əksər hallarda isə, bu güvənsizlik hissi, uşaq vaxtı valideynlər tərəfindən yaranan emosional əskiklikdən və ya əvvəlki münasibətlərdə yaşanan xəyanətlərdən qaynaqlanır. Cütlük arasında emosional yaxınlıq olmadıqda və tərəflərdən biri qorxu ilə hərəkət etdikdə, münasibətdə heç bir emosional dərinlik yaranmır. Əlbəttə ki, belə olduqda bu münasibət istənilən zaman, sona çata bilər.



2) Ünsiyyət əskikliyi

Xoşbəxt cütlük olmaq üçün, heç kim susmamalıdır!

Cütlüklər arasında baş verən problemlərin ən böyük səbəbi, ünsiyyət çatışmazlığıdır. Bəzən insanlar öz duyğularını və düşüncələrini ifadə edə bilmir və ya qarşı tərəfi anlamaq üçün, ona enerji və zaman ayırmaq istəmir. Beləliklə, kiçik problemlər böyüyərək, partnyorlarda bir-birinə qarşı aqressiya yaradır! Nəticədə isə, bu problemlər münasibətin keyfiyyətini aşağı salır.

Unutmayın ki, güclü bir əlaqə üçün duyğularınızı açıq şəkildə paylaşmaq və partnyorunuzu həqiqətən dinləmək vacibdir.

3) Məqsəd və dəyərlərin uyğunsuzluğu

Hər bir insanın həyatda fərqli məqsədləri və həyati dəyərləri var. Lakin uzunmüddətli münasibət üçün cütlüyün məqsədləri bir-birinə uyğun olmalıdır. Əgər tərəflərdən biri ailə qurmaq və uşaqlara fokuslanmaq istəyirsə, digəri isə karyerasını ön planda tutursa, bu nüanslar gələcəkdə ciddi problemlərə yol açacaq.

Həyata eyni baxış bucağından baxmaq və ortaq dəyərlərə sahib olmaq, cütlüklərin xoşbəxtliyi üçün vacib şərtlərdən biridir. Bu isə, münasibətin lap başında, cütlüklər arasında müzakirə edilməlidir.



4) Empatiya və güzəştin olmaması

Sevgi paylaşmaqdır, yalnız almaq deyil!

Cütlüklərdən hər ikisi, yalnız öz ehtiyaclarını və istəklərini ön planda tutduqda, münasibət getdikcə gərginləşir. Uzunmüddətli sevgi yalnız qarşılıqlı əməkdaşlıq, sanki birlikdə bir komanda olmaq və bəzi anlarda, güzəşt yolu ilə mümkündür.

Əgər tərəflərdən biri həmişə özünü üstün tutaraq qarşı tərəfin ehtiyaclarını nəzərə almırsa, bu münasibət gec-tez sarsılacaq.



5) Emosional yüklənmə

Bəzən tərəflərdən biri digərinə həddindən artıq emosional yük yükləyir. Bu, həmin şəxsin üzərinə artıq məsuliyyət qoyur və münasibətdəki tarazlığı pozur. İnsanlar bir-birinə dəstək olmalı, amma eyni zamanda öz daxili ehtiyaclarını ödəmək üçün, özləri fərdi məsuliyyət daşımalıdırlar.

Həddindən artıq emosional yük və təzyiq, münasibətlərin pozulmasına və sevginin azalmasına səbəb ola bilər.



6) Sosial təzyiqlər və cəmiyyətin stereotipləri

Ailə və cəmiyyətin münasibətlərə qarşı qoyduğu standartlar, çox vaxt cütlüklər üçün böyük çətinliklər yaradır.

“Qohumların gözləntiləri”, “ailənin tələbləri”, “cəmiyyətin stereotipləri” münasibətləri təzyiq altında saxlayır. İnsanlar öz hisslərinə yox, başqalarının gözləntilərinə uyğun hərəkət etdikdə, sevgi təbii formada inkişaf etmir. Unutmayın ki, sağlam münasibət yalnız sizin və partnyorunuzun istəklərinə uyğun şəkildə qurulmalıdır.

7) Keçmişdə qalan zədələr

Keçmişdəki uğursuz münasibətlər çox vaxt insanları indiki sevgilərində də, mənfi təsir altına salır.

Əgər cütlüklərdən biri, keçmişdə yaşadığı problemləri tamamilə arxada qoya bilməyibsə, yəni psixoloji olaraq bu ayrılığın öhdəsindən gələ bilməyibsə, o zamam yeni münasibətə sağlam şəkildə başlaya bilməz.

Münasibətdə xoşbəxt olmaq üçün, əvvəlcə keçmişdən gələn mənfi yükləri azad etmək lazımdır. Öz psixoloji yaralarınızla işləmək, sevgini daha sağlam şəkildə qurmağa 100% kömək edir.



Unutmayın:

Həqiqi sevgi azadlıq verir, qarşılıqlı dəstəyi artırır və hər iki tərəfi daha güclü edir. Sevgi heç bir halda emosional asılılıq demək deyil! Cütlüklər, bir-birinin həyatına güc qatmalı, enerji verməli və eyni zamanda da fərdi xoşbəxtliklərini qorumalıdırlar!

Bir cütlükdə, hər iki tərəf yalnız öz üzərində psixoloji olaraq işləyərək, daha sağlam, etibarlı, uzun ömürlü və xoşbəxt bir münasibət qura bilər!

Bu, əlbəttə ki, mümkündür!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
119 115 50 39 24 34

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.