"Toyuna 12 gün qalmış şəhid oldu" – Şəhid Anarın hekayəsi - FOTOLAR
Müharibənin 7-ci günü...
Artıq bir həftə idi ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşürdü. Bu günlər ərzində neçə-neçə Vətən oğlu şəhadətə yüksəlmişdi. Həmin igidlərdən biri də Anar Tağıyev idi.
Şəhid Anar Tağıyevin atası Zakir Tağıyev oğlunun vətənpərvərliyindən, hərbçi olmaq istəyindən və son görüşlərindən Take.az-a danışıb.
Zakir bəy deyir ki, Anarın hərbçi olmaq arzusu hələ Aprel döyüşləri zamanı yaranıb.








