Temudan yolka sifariş etmişəm, çatdırılma vaxtı yanvarın 15 dən sonradır.
"Bunu da pul qudurtdu" cümləsindəki "Bu" olmaq....
Çiçəklərdə Yalançıdır!
Bir gün toyda,
Bir gün məzarda...
Varlı adamların toyları bir-birinə oxşayır. Məlum 4-5 məkanların birində toy baş tutur. Məclisi Murad Arif idarə edir. Bəy və gəlin zala "Natiq" ritm qrupunun müşahidəsiynən daxil olur. Sonradan növbə ilə Eyyub Yaqubov, Tünzalə, Miri Yusif və ən sonda Röya da gəlib oxuyur. Röya oxuyanda mütləq bəyin içkili dostlarından biri Röya ilə səhnədə rəqs edir və duet oxuyur. Bəzən Türkiyə və Rusiya estradasının vaxtilə bərk getmiş müğənnisi də qonaq çağırılır. Amma di gəl ki, həmin müxtəlif varlı cütlüklərin boşanması tamamilə fərqli olur. Fərqli vəkillər olur. Tolstoy demiş, bütün xoşbəxt insanlar bir-birinə bənzəyir, bədbəxt insanlar isə hərəsi müxtəlif cür bədbəxt olur.
Biz oğlanlar bəzən itirdiyimiz insanın fərqinə çox uzun illər sonra varırıq. Mahnıda da deyildiyi kimi ;
"Bəs bilmirdin özün mənə yad olduqca, mənimçündən yavaş yavaş yadlaşırsan?".
Bilmirdim... Mən elə bilirdim ki mən nə qədər vecsiz davransamda, səni günlərlə-aylarla xəbərsiz qoysamda sən məni hər zaman sevəcəksən. Niyəsə sənin sevginə, eşqinə o qədər dərindən güvənirdim ki, ağlıma gələn hər şeyi edirdim, deyirdim onsuzda bu qız sevir məni. İllər keçir, fəsillər dəyişir, gəlib çıxıram "Aygün Bəylərin" "Özün günahkarsan" mahnısındakı kupletlərə...
Ən böyük dəyişikliklər səssiz baş verir;
Heç kim bilmir, sən gülümsəyirsən, amma içində bir kainat yerini dəyişir.
Kiçik əllərin verdiyi xoşbəxtlik(^_^)
Dünyanın ən məşhur iki cümləsi...
I love you və...
Made İn China...
İkisinində qarantiyası yoxdur...
Yalnız Azərbaycanda kredit götürən zaman bankı inandırmalısan ki, sənin pula ehtiyacın yoxdur, maaşın superdir, möhtəşəm gəlirin var. Kefindən, elə-belə pul götürürsən.
Məni Qız Qalası kimi ortada buraxdın. Bəlkə bir gün bir qayığa minib də yanıma gəlmək istəsən, gəlmə. Çünki bütün İstanbul artıq mənə aşiqdir.
(Sunay Akın)
Bir gün gələcək, bütün qorxularımı və şübhələrimi arxada qoyaraq, xəyallarımla dolu çamadanımı alıb geriyə dönməmək üzrə təyyarəyə minəcəyəm...
Qəti paxıllığım yoxdu. Məni sevməyənlərin qapısında həmişə 3 maşın olsun istəmişəm, 101,102,103...
Adam qorxusundan münasibət qurmaq istəmir ki, birdən hər şey yaxşı olar, ayıb olmasın deyə evlənmək məcburiyyətində qalarsan.
"Mənim dərdlərimdə mənə doğmadı,
Örtürəm üstünü birdən soyuq olar"...
Sevgini ürəyində tut. Onsuz bir həyat, çiçəksiz bir bağça kimidir.
Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir…
Xoşbəxt var dövləti olan deyil,dövlətə ehtiyacı olmayandır
"İnsanlıq" qəzaya uğrayıb."Ədəb" hadisə yerindəcə həyatını itirib."Əxlaq" isə reanimasiyadadır,həyati təhlükəsi davam edir...
"Sənin xeyrinə deyirəm" cümləsi ilə başlayan tənqidlərin 80%-i insanın öz narahatlığını yaxşılıq adı ilə paketləməsidir. Sizə yaxşılıq kimi təqdim olunan məsləhətin sərhəd pozuntusu olub-olmadığına diqqət edin.