Gözlərim bulaqdı,göz yaşım kədər, Bir kədər bulaqdan axa Bilərmi.? Sən mənim ilk məhəbbətim,gözlərim, Səndən başqasına baxa Bilərmi? _______________________ Sən yetərdin birə,beşə,üçə də Şahid idi sevgimizə gecə də. Birdə biz olmayan o dar küçədə, Şimşəklər üstümə çaxa Bilərmi? _______________________ Sevgimizi ordan çəkib gətirsəm. Bu günümə,bu anıma yetirsəm. O sevgini birdə zamana versəm, Sənli günlərimi verə Bilərmi.? _______________________ Bir sevgidə birləşmişdi iki ad. Ətrafımız sayılardı tamam yad. Dünya edib onu mənə zarafat, İndi də başıma qaxa Bilərmi.? _______________________ Bu bir sondu,eşqimiz çoxdan bitib O, Rövşənin qəlbinə gəlməz, itib İnanmıram bir də həyat gətirib, Qolunu qoluma taxa Bilərmi.?