Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 11-12-2017, 10:45

Nikaha girmək istəyərkən xəstə olduqlarını öyrəndilər və... - AZƏRBAYCANDA

Nikaha girmək istəyərkən xəstə olduqlarını öyrəndilər və... - AZƏRBAYCANDA



Bu ilin noyabr ayı ərzində nikahdan əvvəl tibbi müayinədən keçən 3 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib.
Loading.Az publika.az-a istinadən xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib.
Məlumatda bildirilib ki, daşıyıcılıq aşkarlanan cütlüklərə gələcəkdə uşaqlarda aşkarlana biləcək xəstəlik və daşıyıcılıq riski barədə məlumat verilib.
İnstitutdan bildirilib ki, noyabr ayı ərzində ümumilikdə 10738 nəfər müayinədən keçib. 325 nəfərdə talassemiya daşıyıcılığı, 18 nəfərdə siflis, 11 nəfərdə QİÇS aşkarlanıb.
Bu il ərzində ümumilikdə 127173 nəfər müayinədən keçib. Onların 13794 nəfərində talassemi daşıyıcılığı, 422-də siflis, 103 nəfərdə QİÇS aşkarlanıb. 38 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib.
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqlənməsi ilə əlaqədar 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
565 588 555 536 562 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.