Kukulka

Kukulka Maraqlı 12-12-2017, 13:42

Qulaqlığın tarixi

Qulaqlığın tarixi




1881-ci ildə, Qulaqlıqların musiqi ilə heç bir əlaqəsi yox idi. Qulaqlıq telefon operatorlarında istifadə olunurdu.

1895- Elektrofon sistemi sayəsində, 1895-ci ildə insanlar operaya öz evində qulaq asa bilirdi. Bu çox bahalı xidmət idi. Bu qulaqlıq tibbi stetoskopa daha çox bənzəyirdi, nəinki indiki qulaqlıqlara.

1910- Nathaniel Baldwin ilk modern qulaqlığı istehsal etməyə başladı. Mətbəxində hazırladı və bütün ABŞ ordusuna satdı. Natheniel qulaqlığın pantentini almadı. Buna görə ona dəli deyənlər var. Onun hazırladığı qulaqlıq indiki qulaqlıqlara daha çox oxşayırdı.

1937-ci ildə isə ilk dinamik qulaqlıq ortaya çıxdı. DT-48 böyük rəğbətlə qarşılandı.

1949-cu ildə AKG bu qulaqlıq cütünü istehsal etməyə başladı. Bu model digər modellərdən daha çox məşhurlaşdı.

1958-ci ildə John C. Koss qulaq oyununu Dr.Dre -ni qısqandıracaq formada dəyişdirdi. Koss ilk stereo qulaqlığını yaratdı. Bir neçə on illiyə Koss qulaqlıq biznesində dominat oldu.

1959-cu ildə Stax firmasının elektrostatik qulaqlıq cütü Tokyoda nümayiş olundu.

1968-ci il Koss Amerikada elektrostatik qulaqlıq ortaya çıxardı.

1979- Qulaqlığın yaranma tarixində ən vacib hadisələrdən biri, Sony MDL-3L2 yaranmasını qeyd etmək lazımdır. Onun yaranması ilə qulaqlıq daşına bilən əşyaya çevrildi.

1980- Qulaqlıq artıq 7di rəngdə istehsal edildi.

1997-ci ildə Sony firması qulaqlığın boyuna taxılan formasını istehsal etdi.

2000 - Bose bu qulaqlıqları istehsala çıxardı. Daha güclü səsə malik idi.

2001- iPod-ın istehsalı musiqi dünyasına böyük təsirlə nəticələndi. Artıq qulaqcığı cibə qoyub, istənilən yerdə istifadə etmək imkanı yarandı. Musiqi olan maraq artdı.

2008- Dr.Dre və Jimmy güclərini birləşdirərək Dr. Dre qulaqlığını yaratdılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
705 764 747 716 698 686

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.