Sonuncu sağlıq ( Yeni Şeirim )
Sonuncu sağlıqdı, hər iki qədəh dolu
Əllərindən buraxılan əllərin soyuqluğu
Çıxıb getmək istəyən ruh tək bədənindən
Qurtulmaq istəmirdi onu üzən kədərindən
Kimi üçün keçmişdi kimi üçün gələcək
Ürək də çox döyünməz və bir gün öləcək
Ağladığın göz yaşları torpaqda itəcək
Yoxluğumda xəyalım daim səni sevəcək.
Müəllif: Ali Məmmədli






