Azəri qızı Günel onu tərk edən sevgilisi Rza Zərrabdan yazdı

Azəri qızı Günel onu tərk edən sevgilisi Rza Zərrabdan yazdı
Azəri qızı Günel onu tərk edən sevgilisi Rza Zərrabdan yazdı



Günel Zeynalova adının Rza Zərrabla hallanmaması üçün mətbuat orqanlarına müraciət edib.

Azərbaycanlı müğənni bu məsələ ilə ağlı narahatlığını dilə gətirib. Günelin müraciətini olduğu kimi təqdim edirik:

"Keçmişdə yaşanmış və bitmiş münasibətimlə bağlı son günlər mətbuatda çıxan xəbərlərdə adımın davamlı hallanmasından narahatam və üzülürəm.

İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim olunur. Buna səbəb olan mövzular məni və ailəmi son dərəcə narahat edir. Bir zamanlar bu mövzuda haqlı olduğum halda adını qaralayan bəzi mətbuat nümayəndələri indi isə əksini edirlər. Məni müdafiə edən xəbərlər yazırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə də axtarardınız.
Dəyərli jurnalist dostlarım, Türkiyəyə gəldiyimdən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab verəcəklər".
Məlumat üçün bildirək ki, məşhur köşə yazarı Esin Övet də müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazılar yazıb. Onun iddialarına görə Rza Zərrab məşhurluq üçün hər iki xanımdan istifadə edib.
mənbə: publika.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
489 446 474 495 468 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.