Bugün Sənin Ad Günün (Jasminə Özəl Xəbər)

Arzum budur istəyinə çatasan,
Sevincinə yeni sevinc qatasan,
İstəyirəm xoşbəxtlikdə batasan.
Əziz dostum, doğum günün mübarək!

Ömrün uzun, canın da ki sağ olsun,
Yollarının hər bir yanı bağ olsun,
Dostlar sənə dayaq olsun, dağ olsun.
Əziz dostum, doğum günün mübarək!

Unudulmaz bir gün yaşa bu axşam
Sağlığına dostlar içsin iki cam
Ürəyində qalmasın bir arzu, kam
Əziz dostum, doğum günün mübarək!

Darıxma sən, gözün yolda qalmasın,
Gözlərindən gülüş əksik olmasın,
Yeni yaşın gəncliyini almasın!
Əziz dostum, doğum günün mübarək!

Hədiyyələrə keçək tələsik aldım:))
Ad gününə çatmaq üçün... :love:
[media=https://www.youtube.com/watch?v=YGzq18N6fdw]









