`°Noyabrın Vidası ◇3◇ (2018)





Artıq hər kəs ayrılmaq üçün sevir. Sanki məndə kimisə yaraladım, özümü sevdirdim, ümid verdim, xəyallarını yıxdım, söz verdim tutmadım demək üçün girirlər həyatımıza. Kimlərsə bir vaxt onlarıdamı üzüb, onun mu intiqamını alırlar ya da sevilməkdən sevməkdənmi qorxurlar görəsən.? Bunları edənlərin çoxu hətta demək olar ki hamısı "Mən gerçək sevgi axtarıram" deyənlər olur. Bunları edib, hətta utanmadan halallıq da istəyirlər. Lap aldınız halallığı, o insan sevdiyi üçün sizin "vicdan əzabı" çəkmənizə dözə bilməyib halallıq verəcəy. Bəs hech düşündünüzmü bunun ahı, Qiyaməti var deyə.!? Unutmayın! Zalımın zülmü varsa, sevənin də ALLAH`ı var...
Bəs sən hech gülərək çəkdirdiyin şəkilləri ağlayaraq sildinmi? Mən etdim. Sanki gülən şəkillərimdə mənə baxıb ağladı. Bizi silməyə necə əlin gəlir deyə. Şəkillərini sil bəs qəlbinə nə əlac edəcəksən deyə ağladı. Ağladım..Sən güldün. Mən baxdım ağladım..
`Evə çatanda zəng et.
`Bax, sən yemək yeməsən məndə yemiyəcəm.
`Başın ağrıyır? Qurban olsun yarın sənə. Mənə gəlsin kaş.
-Bilirsənmi dostum? Bir gün biri səni belə sevəcək ki, bütün gedənlərə təşəkkür edəcəksən..
Qəlbi acı çəkmiş insanları sevin. Onlar sevməyi yaxşı bacarır dedilər. Ama yalan dedilər. Yaralılar yalnızca yarasına yara bandı axtarırlar. Yaraları sağalan kimi ilk sizi qoparıb atırlar. İnanınki o yaralı olanlar yaralayanların intiqamını məsum qəlblərdən çıxarırlar.Güzgünün qarşısında solğun baxışlı bir qız əksi var. Mənə baxır. Gözləri dolu dolu qan çanağı. Gözləri çuxura düşüb, ele bil min ilin xəstəsidir. Sachları səliqəsiz, sanki illərdi daranmayıb. Əlimi uzatdım üzünə toxunam, buz kimi soyuq. Sanki qəmdən heykəl idi. Gülümsədim, oda mənə gülümsədi. İndi de, ey həyatın qəm heykəli. Səni kim bu günə qoydu.? Ən chox sevdiklərinmi, əL chəkdiklərinmi.?






