Albert Eynşteyn haqqında maraqlı faktlar

1. Başı yekə Eynşteyn
EnşteynEynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”
2. Danış, Eynşteyn
Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar. Ancaq bir dəfə, axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozdu: “Bu yemək çox istidir”. Ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə bu cür cavab verir: “Çünki indiyə kimi hər şey qaydasında idi”.






