_Yildiz1_

_Yildiz1_ Xəbərlər 31-12-2017, 13:37

Yeni ildə əhalinin sayı 7,444 milyard nəfərə çatacaq

Yeni ildə əhalinin sayı 7,444 milyard nəfərə çatacaq


2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri bəyan ediblər.

"Gələn ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 11,8 nəfər öləcək", - deyə TASS məlumatı sitat gətirir.

Alimlər xatırladıblar ki, 2011-ci ildə dünya əhalisinin sayı 7 mlrd. nəfərə çatıb və proqnozlara görə, 2050-ci ildə bu rəqəm 9 mlrd. nəfər təşkil edəcək.

Çinin hesablamalarına görə, növbəti 3 il ərzində ölkə əhalisi 20 milyon nəfər artaraq 2020-ci ildə 1,42 milyard nəfərə çatacaq.

Əhalisinin sayına görə dünyada ikinci yeri Hindistan (təqribən 1,35 mlrd. nəfər), üçüncü yeri ABŞ (326,6 mln) tutur.


Sayta verdi:_pandam_

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
464 414 444 471 451 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.