_official_

_official_ Maraqlı 4-01-2018, 19:45

Maraqlı Müdrik Sözləri

Maraqlı Müdrik Sözləri


Yarızarafat, yarıgerçək…

Dünya görmüş bir qocadan soruşurlar:
- Ailənin başı kimdir, qadın yoxsa kişi?
Qoca cavab verir:
- Kişi başdır…
- Bəs qadın nədir???
- Qadın boyundur, başı hara istəsə o çevirir…


Sevmək və sevilmək...
Bir müdrikdən soruşurlar: “Dünyada ən gözəl şey nədir?”
- “Sevmək” deyə cavab verdi
- Bəs ondan sonar nədir?
- “Sevilmək” dedi.
- Niyə sevmək sevilməkdən daha gözəldir?
- “Çünki insan sevdiyinə sevildiyindən daha çox əmindir”





Ən gözəl nümunə…

Bir gün bir alimdən soruşurlar:
- Kimdən nümunə götürək? Alimlərdən yoxsa tacirlərdən?
- Heç birindən! Deyə alim cavab veriri və sözünə davam edir:
- Ən gözəl nümunə uşaqlardır…
- Axı uşaqlar heç bir şeyi bilmirlər?
- Yanılırsınız. Uşaqlar hamımıza nümunə olan üç keyfiyyətə malikdirlər. Birincisi, həmişə xoşbəxtdirlər, ikincisi həmişə məşğuldurlar, üçüncüsü həmişə isdədiklərini necə əldə edəcəklərini bilirlər…



Bir portağal, iki portağal…

Bir gün 9 yaşlı Volteri bir keşişə təqdim etdilər.
Keşiş Volterə:
- Sən mənə Allahın harda olduğunu de, mən sənə bir portağal verim! – dedi.
Volterin cavabı isə belə idi:
- Sən isə mənə Allahın harada olmadığını de, mənə sənə iki portağal verim…



Həyat özüdə bir marafondur…

Bir gənc bir müdrikə yaxınlaşıb deyir:
Mənim 23 yaşım var problemim isə həvəssizliyimdir.Bir işə başlayanda həvəslə başlayıram amma bu işi qurtarmamış həvəsdən düşürəm…Sizcə nə edə bilərəm??
- Sənə sadə bir nümunə gətirəcəm. Meksika olimpiyadalarının adi bir günü idi, yarışma başa çatmışdı, hamı stadionu tərk edirdi. Birdən qaraltı gördülər. Yolda yaralanmış idmançı finiş xəttini axtarırdı. Çətinliklə addımlayırdı. Finiş xəttinə çatdı, beləliklə Con Stiven Akvari 1968 – ci il Olimpiyadalarında adını tarixə yazdı. Tarixə düşməsinə səbəb finişi axırda keçməsi yox, finişi keçdikdən sonar dediyi sözlər idi.
- Ona sual verdilər ki, onsuzda qalib gələ bilməyəcəkdiniz niyə davam etdiniz?
- “Ölkəm məni yarışa başlamaq üçün göndərmədi, yarışı başa vurmaq üçün göndərdi”
Həyat özüdə bir marafondur. Və əsas məsələ yarışa başlamq yox, yarışı başa vurmaqdır. Hətda yolun yarısında qəzaya düşsəniz belə…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
692 723 674 654 629 568

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.