Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 6-01-2018, 14:07

"Bir tənha ağac tək bitib zirvədə..." - İtkin düşən alpinistin şeiri

"Bir tənha ağac tək bitib zirvədə..." - İtkin düşən alpinistin şeiri
"Bir tənha ağac tək bitib zirvədə..." - İtkin düşən alpinistin şeiri



Xəbər verdiyimiz kimi, “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü itkin düşüb. Onların axtarışı davam etsə də, hələ ki bir nəticə verməyib.

Sosial şəbəkələrdə itkin alpinist Babur Hüseynovun yazdığı şeiri müzakirə mövzusuna çevirilib.

Sözügedən şeiri təqdim edirik:

İçimdə mütilik zəncirlərini,
Didib parçalayır vəhşi bir heyvan!
Bu heyvan adlanır-azadlıq eşqi,
O eşq ki həsrətdir ona çox insan.

Tufanla, küləklə pəncələşərək,
Soyuq göy sularla, buz dalğalarla,
Qaya tək sevişib titrəyəcəyəm.
Şəhərin suni, boz işıqlarını,
Ən uzaq, sehrli, al ulduzlarla,
Ən parlaq səmayla əvəz edəcəm!

Tənha mağaraya çəkilərək mən,
Dalaram seyrinə kəhkəşanların.
Ruhumun soyumuş,boş otaqları,
Dolacaq sehriylə asimanların.

Bir tənha ağac tək bitib zirvədə,
Olaram təsəlli tənha qəlblərə.
Bir tənha ada tək itib dənizdə,
Köçərəm ən dilsiz sükunətlərə.

Ey Tanrının ərşi sayılan qəlbim!
Səni zahidliklə dolduracağam.
Bakirə ruhumun uca məbədi!
Sənin paklığının keşiyində mən,
Sadiq bir əsgər tək daim duracam!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
660 601 557 589 572 618

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.