Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 6-01-2018, 14:41

6 yaşlı qızı "dondurma alacam" deyib aldatdı, evə aparıb başına oyun açdı

6 yaşlı qızı "dondurma alacam" deyib aldatdı, evə aparıb başına oyun açdı



İranda 6 yaşlı əfqan qız Sitayiş Qüreyşi zorlayaraq qətlə yetirən yeniyetmə Əmirhüseyn Purcəfər dara çəkilib.

Loading.Az teleqraf.com-a istinadən xəbər verir ki, o, yanvarın 4-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında edam edilib.


Zorlama və qətl hadisəsi 2016-cı ilin aprel ayında İranın Vəramin şəhərinin Xeyrabad kəndində baş verib. Qətl törədərkən hələ 17 yaşına çatmamış qatil dondurma almaq üçün küçəyə çıxan Sitayişi oğurlayaraq evlərinə aparıb, zorladıqdan sonra qətlə yetirib.

Qatil il yarımdan çox həbsdə saxlandıqdan sonra 18 yaşına çatan kimi edam edilib.

İran İslam Respublikası əhalisinin sayına görə həyata keçirdiyi edamların sayı baxımından dünyada 1-ci yeri tutur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 611 516 450 551 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.