`°Noyabrın Vidası ◇4◇


Yeni bir həyat istəyirəm 0`dan, hələ başlamamış. Ümidləri əlindən alınıb, gəncliyi məhv edilməmiş. Yeni bir qəlb istəyirəm. Qırılmamış, üzülməmiş. Yerdən yerə vurulmamış. Yeni bir göz istəyirəm. Gecələri ağlamaqdan qan çanağına dönməmiş. İşıl işıl baxan, ümidlə dolu. Bilirəm, imkansızdı. Amma mən yeni bir həyat istəyirəm. Bilirəm imkansızdı. Amma mən özümü yenidən yaşamaq istəyirəm.

Özümü xəyanətə uğramış kimi hiss edirəm. Bəzi gecələr içimdə sanki qabırğalarımı qırıq qırıq edəcək şiddətli bir ağrı olur. Hech kəsə danışa bilmirəm. Danışsam da anlamazlar deyə danışmaq isdəmirəm. Sanki danışsam uzun müddətdi zorla gözümdə saxlamağa çalışdığım göz yaşlarımla birlikdə səndə bir bir yerə damlayacaqsan gözlərimdən. Sağalmaz xəstəyəm sanki. Mən nə vaxt sağalacam yada nə vaxtsa bu ağrılar kechəcəkmi..?
İndi guya unudmağa çalışırsan. Ən bəsidin deyim, birlikdə dinlədiyiniz mahnını dinləmirsən. Ama birdənki minirsən avtobusa. Ahaa həmin o mahnı. Olursan sudan çıxmısh `cücə. Yanaqların islanmaq istəyir. Zorla özünü tutursan amma nə xeyri. Ağladısa ürək gözdən yaş axmırsa nə xeyri.
Necə başa salım bilmirəm. Günəşin doğuşudur bəzən dağ arxasındakı bir kəndi kölgələndirən. Və günəşin batışıdır o dağı axşamçağı hüzünləndirən. Mən sən deyə bilmirəm bu qədər hüznə düşmüşkən. Soyuq küləklərdə tir tir əsmişkən. Qapı arxası bir yalnızlıqdır mənimki. Qapıya baxdım gələn yox. Qapıyı bağladım və bitdi..






