DeepDark

DeepDark Hekayələr 10-01-2018, 20:38

Biz Bu Səmalardayıq ( Yeni Qısa Hekayəm )

Biz Bu Səmalardayıq ( Yeni Qısa Hekayəm )



Üzərində dayandığım ağac yarpaqlarını çoxdan töküb, mən qarğayam ətrafda müxtəlif ölçülü evlər tikib insanlar və yaşayırlar.
İşıq düşən pəncərələrdən birində çölə baxan uşaq gördüm, o yatmamışdı sanki yuxusu ərşə çəkilib düşünür nə haqda bilmirəm. Uçaraq həmin pəncərəyə yaxın bir yerə qondum, içəridən onu səsləyən anası, niyə yatmırsan sualı, yanan işıq lampasının birdən sönməsi ilə bu evdə digər evlər kimi qaranlıq oldu.
Mən isə əvvəlki ağacın budağına qayıtdım. Havada qəribə bir qoxu var, sanki tüstü qoxusudur biraz uzaqdan xırıltılı vahiməli səslər eşitdim. Qəfildən qanadımı yaralayıb keçən dəmir parçası bu nədir? Əllərində dəmirdən olan bu şeylərdən çıxan kiçik yaralayıcı vasitə, bunlar nə etmək istəyir çox qəzəbləndim. Qanadım yüngül yaralanmışdı havaya qalıxaraq onların məqsədlərinin nə olduğunu öyrənmək istədim.
Qapıları, pəncərələri qırdılar evlərdən qışqırıq səsi yüksəldi onların niyyətləri yaxşı deyil. Mən onlara hücum edərək, qarşılarını almaq üçün birinin üzünü ani zərbəylə yaraladım daha sonra havaya atəş açdılar, qaranlıq olduğundan mənə dəymədi. İkinci zərbəni vurmaq gücüm qalmadı, oradan uzaqlaşıb kənardan izləməyə başladım. Bayaqkı uşaq və ailəsini eləcə də, başqa evlərdəki insanlarıda itələyərək evlərdən çıxartdılar analarının ayaqlarından tutub, ağlayan uşaqlar çox qorxmuşdular. Bu ailələri ortaya toplayıb nə isə qışqıraraq onlarla birlikdə getmələrini istəyirlər. Növbəti hədəfləri o biri kənd olacaq, bunu anladım. Uçaraq öz dəstəmin yanına qayıtdım bütün olanları dəstəmə bildirdim, biz çox böyük bir güclə düşmənlərin getdiyi istiqamətdə uçduq.
Budur biraz irəlidə məsum və günahsız ailələri, soyuq havada məcbur edərək çətin yol yamacla aparırlar. Mənim planım bele idi ki, əsasən onları kor edəcəkdik, daha sonrası asan olacaq. Mən öz dəstəmə hücum əmri verdim, onlar sanki dəli olub göylərə atəş açaraq, hər biri bir tərəfə qaçmağa başladı. Bu vəziyyəti görən uşaqlar buradan ailələri ilə birlikdə öz kəndlərinə doğru qaçdılar. Düşmənlər demək olar ki, ölü idilər çoxsu isə qan itirməkdən öləcəkdilər. Biz bu səmalardayıq Vətənin qartalları və torpağında bozqurdları hətta bəzən də qarğaları kimi.


Müəllif və Yazar: Ali Məmmədli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
569 530 514 520 491 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.