Meray Keri bunu pul qazanmaq üçün edirmiş

Son günlər getdiyi hər yerdə çay istəyən və onunla foto çəkdirib sosial şəbəkədə paylaşan Meray Kerinin sirri açılıb.
Loading.Az xarici KİV-ə istinadən xəbər verir ki, sən demə, müğənni bunları pul qazanmaq üçün edirmiş.
Kerinin bu yaxınlarda üzərində ingilis dilində “Çayımı tapana” sözlərinin yazıldığı koftaları satışa çıxarılıb. Geyimin qiyməti 30 dollardır.






