_Yildiz1_

_Yildiz1_ Yumor 15-01-2018, 11:59

Super yumorlar

Super yumorlar



Avropada köynəklərin üstündə..
No girlfriend, No problem..
Azərbaycanda:
Yes oğlanlar, No şərait.

Ləman qızım, "Sevmək" felinin gələcək zaman forması nədir?
- "Ərə Getmək" müəllimə...=))

4 polis qoluma girib məni aparanda başa düşdüm ki, 4 səhv 1 düzü aparır...:D

Koroğlu bilsəydi ki, gələcək stansiyada emo qızlar düşüb mırtdaşacaq, at çapıb, xəncər oynatmazdı. :)

Pul Səadət gətirməz deyirlər... Pulun olsun — Günay da gələr, Aydan da, hələ üstəlik Aysel də =))

İt satıcı olanda yaxşıdır, amma satıcı it olanda pisdir.=)

Kişinin beynini yeyən xanımlara qarşıyam! Bir işi yarım buraxmaq olmaz...
Yedinsə, ömrünü yeyəcəksən adamın.:D

Böyük sevgilər davalardan başlayır dedilər, mən də çayxanadakı bütün dostlarımı yığdım, gedirik sevdiyim qızı döyməyə.:D

Tırtıl ~ kəpənəyə çevriLir..Çirkin ördək balası ~ Qu quşuna çevrilir.. =)
Mənim də gələcəyə ümidim sonsuzdur.. ^.^

9 ay qarnında saxlayırsan, 6 saata dünyaya gətirirsən, günlərlə gecələr yatmırsan, sonda da uşaq atasına oxşayır!=)

Qız-ölsəm qəbrimin üstə gəlmə...
Oğlan-Allah eləməsin.Amma niyə gəlməyim canım?
Qız-anamgil görsə məni öldürər....=)

- Bilirsən, mən sənin xəyallarına çevrilə bilərəm...
- Çətin ki, sən Porsche Cayenne çevrilə biləsən..:D

Kanalları bir bir yoxlayarkən qarşısına dini kanal çıxdıqda tez çevirib sonra özünü günaha batmış kimi hiss edənlər cəmiyyəti :)

İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.:D

Get çörək al

- Dərs edirəm ee Ana.

- Get siqaret al.

- Dərs oxuyaram e Ata.

- Mameeeed gəl də futbloa

- Oldu 2 dəqiqəyə gəlirəm :)

Qız - Ipod Oğul - Iphone Ana - Ipad Ata - Ipay :)

Bir gənc atasından soruşur: "Ata evlənmək neçəyədir?"
Ata cavab verir: "Bilmirəm oğlum, mən hələ də ödəyirəm.":D:D

Bir oğlan xaricə gedir.. Plyajda çiməndə boğulur, başlayır qışqırmağa:
- Help me!
Heç kim yaxın gəlmir.
- Pomaqite!
Heç kim yaxın gəlmir.
- Bonjur!
Yenə heç kim yaxın gəlmir. Oğlan bütün dillərdə qışqırır.
Bu vaxt plyajda uzanan kişi :
- Ay bədbəxt oğlu.. bu qədər dili öyrənincə vaxt tapıb üzməyi öyrənərdin dəə. :D:D:D

22 oğlan sizin deyil də, bir topun arxasınca qaçdıqları üçün qızlar FUTBOLU SEVMİR!:D:D

Müəllimə: Uşaqlar balıqlar niyə danışa bilmir?
Şagird: Müəllimə, sizin başınızı suya salsam, danışa bilərsiz?:D:D

Oğlan: Getmə!
Qız: Qalmağım üçün bir səbəb söylə...
Oğlan: Hələ qarpız kəsəcəkdik.:D:D

Sevgilim mənə bir gül verib, -“ Solana kimi dönəcəyəm”dedi, amma qayıtmadı. Çünki, gül plastik idi:D:D

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
842 857 827 777 764 789

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.