Kənan Heydərov

Kənan Heydərov Sevgi 17-01-2018, 22:13

İstiliyinə alışdığım qadın

İstiliyinə alışdığım qadın
İstiliyinə alışdığım qadın

Qucaqladım səni.O anı hansı sözlərlə təsvir etsəm də yetərli olmaz.Buna əminəm.Çünki hər şey bambaşqaydı o an.Bütün dərdlərim,günahlarım,faciələrim silindi beynimdə.Yalnız sən vardın və sənə təslim olan soyuq bir bədən.Amma sən istiydin.Fərqli bir istiliyin vardı.Yanmırdı bədənin.Amma alovun mənə yetirdi.Sanki bir vaxtlar alışıb yanmış,indi yalnız közü qalmış bir ocaq kimi.Atəşin mənə yetirdi.Ən böyük bəxşişimdi atəşin.Hərarətin o axşam səcdəgahım oldu.Mən səni öncə hissim,sonra beynim,ən sonda isə bədənimlə sevdim.O anda bir arzum vardı.Sənin olmaq,yalnız sənin.Sənə tabe olmaq,əmrinlə oturub-durmaq.Əmr et,mələyi!Bircə"öl"demə!Çünki hal-hazırda alovunla yanan bədənimin bumbuz bir cəsədə dönməsini istəmirəm.Sarıldım sənə.Elə möhkəm sarıldımki.Sanki ilk dəfə bir qadının belinə toxunurammış kimi titrədi əllərim.Məsumlaşdım o an.Öz gözlərimdə məsumlaşdım,paklaşdım.Toxundum sənə.Bütün vücuduna.boynunu,belinə,sinənə toxundum.Ürəyini ürəyimdə hiss etdim.Döyüntülərini elə yaxınımda duyurdum ki,sanki öz ürək döyüntülərimmiş kimi.Bir neçə dəqiqə o vəziyyətdə qaldıq.”Kaşki zaman keçməsəydi,o axşam heç bitməsəydi.”Hər ikimiz elə düşündük.Nəsə demək istədin.Yəni mənə belə gəldi.Dodaqların tərpəndi.Qeyri-ixtiyari dodaqlarını barmaqlarımla qapatdım.”Sus, danışma,heç nə demə!Bu gecənin sehrini sözlər pozmasın.Hafizəmdə sözlərinin yox,nəfəsinin qalmasını istəyirəm.”-demək istədim.Amma sən anladın nə demək istədiyimi və susdun.Gözlərimə baxdın.Bir neçə dəqiqə aramsız,gözlərini çəkmədən gözlərimə baxdın.İlk dəfə gözlərini belə yaxından görürdüm və ən əsası oxuyurdum gözlərini.Həyatımda gördüyüm ən gözəl gözlər olduğunu deyə bilmərəm.Çünki mən daha gözlər görmüşəm.Amma rastlaşdığım ən hüzünlü və düşündürücü gözlər olduğuna əmindim.Mənimdi gözlərin!O gecə gözlərinin içinə baxanda anladım,mənimdi gözlərin!Sevinci də,kədəri də,ağrısı da,yaş damlası da mənimdi!Yalnız mənim üçün gülməli və yalnız mənim üçün göz yaşı tökməlidi bu gözlər!Birdən gözlərini yumdun.O anda sanki nəfəsin də dəyişdi,əllərin boşaldı və o zaman anladım bayaqdan var-gücü ilə çırpınan bədəninin təslim olduğunu.Dodaqlarımı dodaqlarına yaxınlaşdırdım və xatırladım öpüşə bilmədiyini.İlk öpüşündü,ilk dəfə dodağın bir kişinin dodağına toxunurdu.Həyatımda bir çox qadınların öpüşdüyü ilk kişi olmuşam.Amma ilk dəfə bakirə bir qızla təmasda olmaq məndə qorxu yaradırdı.Səni incitməkdən,ləkələməkdən qorxurdum.Sanki dodağına qondurduğum bu ilk öpüş sənin həyatında silinməz bir ləkə buraxacaqdı.Bacarmadım,öpə bilmədim dodaqlarından.O gecə arzuladığım tək şey səninlə öpüşmək olsa da,bacarmadım.Toxundura bilmədim dodaqlarımı dodaqlarına və doldu gözlərim sarıldığım bədəninin qollarım arasında titrədiyini görəndə.Mən yırtıcı aslan,sən isə məndən mədət uman ceyrandın o gecə.Ürkək bir ceyran.Bir aslana sığınmaq nə qədər təhlükəli idisə,bir o qədər qorxu keçirirdin sən mənim qollarımda.Amma əslində özündən xəbərsiz güvənirdin sən mənə.Bunu bilirdim.Həmişə qorunduğun,gizləndiyin insanın qollarına özünü təslim etməyinin yeganə səbəbi də bu güvən idi.
O gecədən xatirəmdə qalan ən mühüm şey ətrin idi.Əllərini ovcuma aldım və qoxuladım bahar çiçəyi Jasmin qoxuyan əllərini.Dərin bir nəfəs aldım.Sanki yenidən doğuldum.Özümü ilk gecəsini yaşayan təcrübəsiz gənc kimi hiss etdim.Bəlkə də,həqiqətən,ilk gecəmdi səninlə yaşadığım gecə.Ya da indiyədək yaşadığım bütün gecələrin əsli.Davam etdi gecə öz axarıyla.Bir-birimizə sarılı halda saatlarla dayandıq.Neçə saat keçdiyini deyə bilmərəm.Amma bir onu deyə bilərəmki,hər dəqiqəsini ürəkdolusu yaşadığım həyatımım ən anlamlı saatlarıydı.Bu zaman anladımki,bir kişi üçün sevdiyi qadınla nəinki sevişmək,hətta ona toxunmaq,bədəninin hərarətini hiss etmək belə böyük səadətdi.Bütün gecəni arzularımın qadınına sarılmağınsa,nə demək olduğunu,məncə,təsvir etməyə heç ehtiyac yoxdur.Ey məni öz istiliyinə alışdıran qadın,məgər,səni unuda bilərəmmi???

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1077 953 930 895 854 816

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.