reklam
Mənali statuslarım 2 Mənali statuslarım 2 http://sun.az/uploads/posts/2018-01/thumbs/1516650372_2018-01-22-23.04.57.png
Sensiz darixiram

Sensiz darixiram Statuslar 23-01-2018, 12:29

Mənali statuslarım 2

Mənali statuslarım 2


Həyat bir hekayə kimidir, nə qədər uzun olduğu deyil, nə qədər gözəl olduğu əhəmiyyətlidir.

Həyatda vacib olan ən çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır.

Həyat bir velosipedə minmək kimidir. Pedalı çevirməyə davam etdiyiniz müddətcə düşməzsiniz.

Həyat nərdivanlarını çıxarkən, insanlara yaxşı rəftar edin. Çünki enərkən yenə eyni insanlara rast gələcəksiniz.

Həyatın qaydasıdır bu; ya səhv zamanlarda doğru insanları qarşına çıxarar, ya da səhv insanlarla vaxtını aparar.

Həyatda nə istədiyinizə qərar verin; Uğura nail olana qədər heç vaxt əl çəkməyin.

Həyatınıza onsuz yaşaya bilmərəm dediyiniz biri girib çıxmışdır mütləq. Çox böyük yalançıyıq hamımız yaşayırıq hələdə.

Həyat yuxuda da öz sonuna doğru gedir.

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.

Həyatda uğurlu olanlar, özlərinə lazım olan məlumatları öyrənməkdən bir an geri qalmazlar və hadisələrin səbəblərini hər zaman araşdırırlar.

Həyatın yarış deyil, hər saniyəsi gözəl bir səfər olduğunu ağlınızdan çıxarımayın. Dünən tarix oldu. Sabah bir sirr. Bu günün qiymətini bilin.

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir.

Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.

Həyat başlayır və bitir. Necə başlayıb harada sona çatdığı deyil, ikisi arasına nələr sığdırdığınız əhəmiyyətlidir əslində.

Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.

Həyat hər gedənin ardınca qaçmağa dəyməz bilməlisən. Sən gələcək olanları gözlə, gedəcək olan varsa, qoy getsin.

Həyat heç vaxt oynanmayacaq bir oyunun, sonsuz təkrarından ibarətdir.

Həyat nə yaşadıqlarındır nə də əldə etdiyin uğurlar. Həyat dediyin, ömür boyu "həyatım" deyə biləcəyin insanı tapdıqda başlayır.

Həyatımızdakı kölgələrin çoxu öz günəşimizin qabağında olmağımızdan əmələ gəlir.

Həyat, hiss edənlər üçün faciə, düşünənlər üçün komediyadır.

Həyatın müxtəlif çətinliklərinə qarşı üç şey hədiyyə edilmişdir; ümid, yuxu və gülmək.

Həyatı insan üçün yaşanası edən və ya işgəncəyə çevirən, insanın özünün etdiyi seçimlərdir.

Həyatdır bu; vaxt gələr hər şey bir anda son olar. Həyatdır bu; son dediyin an, hər şey yenidən can tapar.

Həyat, qısa bir əhvalatdır, uğruna böyük ağrılar çəkdiyimiz.




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
450 495 455 424 412 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.