Kənan Heydərov

Kənan Heydərov Şeirlər 27-01-2018, 19:11

Mən unutdum sənsiz keçən illəri :((

Mən unutdum sənsiz keçən illəri :((
Mən artıq unutdum səni,
Daha doğrusu unutdum eşqi,
Mən daha istəmirəm bilim sevgi nədi,
Neynirəm axı yalançı sözlərinlə,səni?


Mən unutdum artıq sənə yığılmış kinimi,
Yox etdin qəlbimdəki bəzi hisləri.
Düzü,sən yox etdin məndə ki,məni
Əzab verdin,dərdlərimlə tək qoydun məni.


Mən unutdum sənsiz keçən illəri,
Hətta unutdum yuxusuz gecələri,
Atdım qurumuş,dəyəri itmiş çiçəkləri,
Onlar təkcə xatirladır mənə dərdimi.


Mən unutdum içdən gülməyi,
Sildim daha ürəyimdəki ləkəni,
Sən heç sevə bilmədin məni
Bax bircə unuda bilmədim bu həqiqəti.

Mən unutdum inam hissini,
Bəzən hislərim tabe etdi beynimi.
Sildim,yox etdim,səndən qalan hər şeyi
Həyatımda olmadı bir daha eşqin yeri.


Mən unutdum,kim unutmaq istəməzdi ki?
Adını məhəbbət qoyduğumuz kinlə,nifrəti.
Sənsə ey yar,qazandın ən böyük günahı
Tez unutdun,ürəyimdən sənə verdiyim payı.


Mən unutdum,bəzən xatırlasam belə,
Xatırlayıram səni hərdən,sevgililər görəndə.
Əlbət o da keçəcək bir gün
Səni unutduğum an olacaq məhz o gün.


Ey yar,sənin üçün qiymətli nədir dünyada?
Mən cavab versəydim əgər bu suala
Deyərdim;qiymətlidir,bir yar,bir də ki ana.
Bəyan olsun bu cavab,bütün dünyaya.


Əlim birləşib dizlərimlə,
Hey düşünürəm,tək qalıram dərdlərimlə.
İnsan necə boyun əyər kiçicik bir qəlbə
Razı olar onun seçimiylə,istəyiylə….


Mən unutdum sənsiz keçən illəri :((


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
718 690 783 726 754 667

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.