Kənan Heydərov

Kənan Heydərov Maraqlı 28-01-2018, 19:36

Barmağını kəsən dul qadınlar - İNANILMAZ ADƏT - FOTOLAR

Barmağını kəsən dul qadınlar - İNANILMAZ ADƏT - FOTOLAR
İndoneziyanın Papua bölgəsində yaşayan qəbilənin qadınları qəribə adət-ənənələri ilə seçilir. Meşənin dərinliklərində. dünyadan təcrid olunmuş bir şəkildə həyat sürən qəbilə üzvləri öz geyimləri, həyat tərzləri ilə digər qəbilələrdən seçilirlər.

Loading.Az-ın publika.az-a istinadən məlumatına görə, qəbilənin ən qəribə cəhəti ondan ibarətdir ki, burada ərləri ölən qadınlar dul olduqlarını göstərmək üçün barmaqlarını kəsirlər.

İnsanların Dani qəbiləsi olaraq tanıdığı toplum ilk dəfə amerikalı missioner Riçard Erkbold tərəfindən kəşf edilib. Qəbilə daxilində yaşayan qadınların dul və ya evli olduğu barmaqlarının sayına görə müəyyənləşdirilir.

Əgər bir qadın bir neçə dəfə ərdə olubsa və həyat yoldaşı dünyasını dəyişibsə, o, evlilik sayı qədər barmaqlarını kəsir. Kəsilən barmaqlar yandırılır, külü isə ərlərinin məzarı üstünə səpilir.

Kədərin simvolu kimi qiymətləndirilən bu hərəkət bir neçə il əvvəl qadağan olunub. Qəbilənin yalnız yaşlı üzvləri bu adəti davam etdirir.



Barmağını kəsən dul qadınlar - İNANILMAZ ADƏT - FOTOLAR





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
559 595 610 535 544 533

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.