Şahdağ Qış-Yay Turizm Kompleksi...
Şahdağ Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların üzünə açdığı elə ilk günlərdən turistlərin böyük marağına səbəb olub.
Turizm kompleksi yeni istifadəyə verildiyindən buraya gələnlərin əksəriyyətinin məlumatlandırılmasına ehtiyac yaranır. Bu problemi həll etmək üçün girişdə informasiya məntəqəsi yaradılıb. Məntəqədə turistlərə hava şəraiti ilə əlaqədar hansı liftlərin açıq, hansılarının bağlı olması, xizək yollarında qarın vəziyyəti barədə və digər informasiyalar verilir.
Turistlər bundan sonra kompleksin kassalarına yaxınlaşıb istirahət üçün biletləri əldə etməlidirlər. Kassirlər qiymətlər barədə ətraflı məlumat verdikdən sonra turistin istəyinə uyğun bileti təqdim edirlər. Qiymətlər istirahətin növündən və müddətindən asılı olaraq dəyişir. Cəmi iyirmi manat ödəmiş turist bir gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı qazanır. Təcrübəsizlər üçün isə bu qiymət 10 manat nəzərdə tutulub. Turistlərin istirahət edəcəkləri günlərin sayı artdıqca xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 20 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 84 manat ödəmək lazımdır. Belə olan halda gündəlik xərc 12 manat təşkil edir.

İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Turist 33 manat ödəməklə xizək dəstini (xizək, dəyənəklər, ayaqqabı, geyim, dəbilqə) 1 günlük kirayələyə bilər. Lakin turistin özünün uyğun geyimi varsa xizək, dəyənəklər, ayaqqabı və dəbilqənin bir günlük kirayəsi üçün 14 manat ödəməlidir. Unutmaq olmaz ki, avadanlığı kirayələmək üçün şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd təqdim edilməlidir.

Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən "Şahdağ" Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb. Təlimçilər bildirirlər ki, təcrübəsizlərə qısa müddətdə xizək sürməyi öyrətmək onların əsas vəzifəsidir və bu işi böyük həvəslə yerinə yetirirlər.

Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan yararlanırlar.
[/center]