reklam
Perpendikulyar Bölüm 1 Perpendikulyar Bölüm 1 http://sun.az/uploads/posts/2018-01/thumbs/1517229352_b5ba14eefb8d23841cd4c5ae6bd11d94.jpg
❤Quen❤

❤Quen❤ Hekayələr 30-01-2018, 15:52

Perpendikulyar Bölüm 1

Perpendikulyar Bölüm 1


Gecikdim, gecikdim...offfff....bir dəfə də səhər tez dursan dünya dağılar? Yuxuna haram qat da nə olar....Offf offf... Sür də..... Ayrı vaxtlar qadınların maşın sürməyinə əsəbiləşirsiniz, nə oldu yapışıb qaldı yerində...
Yolda yaranan uzun tıxacda uzun uzun səslənən siqnalı ilə səssizliyi pozan balaca qırmızı maşın artıq diqqət çəkirdi..
- Nə olub xanım? Hara sürüm?
- Iş görüşməm var....gecikirəm başa düşürsən? !
- Aydaaa....gəl get görüm hara gedirsən. Biz də gecikirik də.. Yol açıq deyil nə dəqiqə bir basırsan o siqnalı.. başımız getdi...
Yasəmən yavaşca pəncərəni bağlayıb asta şəkildə başını rola vurmağa başladı.
- Götürməyəcəklər, götürməyəcəklər..götürməyəcəklər işə götürməyəcəklər.... yenə ilişib qalacam o balaca ofisdə... Bu da sənə dərs olsun Yasəmən.. dərs olsun. Bir daha saatı söndürüb yatsam məndən pis adam yoxdur...
Yolun azca açılması ilə Yasəmən balaca maşınını tıxacdan gec bəla ilə çıxardı. Olduqca ehtiyyatsız və sürətli sürməyə başladı.. siqnal ardınca siqnal, işıqları yandırıb söndürməklə yol istəyirdi. Sağla hərəkət etdiyindən ötə bilmir deyə sola keçməyə qərar verdi. Və.....
- Aaaaaaaaaayyyyyyyy!!!!!
Ötmədə təlsdiyi üçün arxadan gələn maşın onun maşınına sərt toxundu. Amma böyük qəza deyildi. Sadəcə arxada gələn maşının buferi zədələnmiş özünün isə lampası sınmışdı..şokda olduğu üçün maşından düşməmiş yerindəcə donub qalmışdı. ilk dəfə idi ki, başına belə bir şey gəlirdi. Geridəki maşının sahibi düşüb əsəblə Yasəmənə yaxınlaşdı. Hirslə maşının pəncərəsini döydü Yasəmən birdən diksinərək pəncərəsini endirdi
- Xanım qız. Bu nə ehtiyyatsızlıqdır?!
- Nə qışqırırsan?!
- Qışqıraram da... tələsən vaxtımda bu mənə lazım idi? Düş bax əsərinə..
- Mənimlə bu tonda danışma.. Özün günahkarsan. Ara məsafə saxlayardın.
- Nə! Mənəm günahkar... Sola dönmə işığını yandırmayıb qarşıma keçən sənin tısbağan idi..
- Özünsən tısbağa! Axmaq. Danışmağına bax.. şikayətçi olacam səndən.
- Aydaaa!! Həm günahkardır həm üstə çıxır. Ay uşaq sən keçdin qarşıma! Nə şikayəti. Əsl mən səndən şikayət edərdim. Dua et ki, xanımsan və dua et ki mən tələsirəm.!
- Sənə dedim qışqırma.. vumruşam əcəb eləmişəm. Beynimi çöndərmə mənim!
- Danışığına bax da bunun..hələ bir də xanım olacaq guya. Sür get əlimdən xəta çıxarma...
- Getməsəm neyniyəcəksən. Döyəcəksən? Ancaq bunu bacarırsınız! Kobud!
- Nə?! Mənəm kobud?.. Adamı sən döyərsənee... bu nə davranışdır. Vəhşi insan!
- Vəhşi! Səni....Səni mədəniyyətsiz insan!!! Özünsən vəhşi.. Maşınımı vurmusan hələ bir danışırsan?!
- Sən vurmusan maşını!!!
Yol polisinin yaxınlaşması da gənclərə təsir etmirdi. Mübahisə getdikcə şiddətlənirdi.
- Nə baş verib?
- Bu adam maşınımı vurdu arxadan!
- Əsl bu xanım qız qəzanı yaratdı. İşığı yandırmadan anidən sola keçdi... Allahdan əyləcə vaxtında basdım. Yoxsa tısbağa maşını ilə çoxdan uçmuşdu!
- Fikir verin necə danışır mənimlə?! Mənim maşınıma tısbağa deyir! Bayaq gəlsəydiniz görərdiniz az qalır məni öldürsün?
- Adamı hövsələdn çıxardare bu ! Elə bir tərbiyə almayıb.
- Ey, danışığını bil! görürsünüzx nə qədər mədəniyyətsizdir! Sənin kimiləri yola nədir heç şəhərə buraxmaq olmaz. KOBUD!
- Mənə bax demərəm xanımsan açaram ağzımı!
- Allah Allah açsan nə olacaq... Denən görüm axı nədir bu bayaqdan özünü saxlayıb demədiyin söz!
- Deməli belə oldu!? Özün istədin bunu!!
- Ikinizdə susun! Yoxsa sizi post patrula həvalə edərəm. indi aydınlaşdırarıq nədir məsələ
- Nə olacaqee..Gəldin arxadan maşınımı əzdi. Baxın işığını da sındırıb.
- Yenə deyire vurdu! Ay qız anidən sola keçəndə nə bilirdin bəs.
- Dedim ki, ikiniz də susun.. bura yaxındır gedirik kameraya baxıb müəyyənləşdirərik..
- Yoxx yoxx.. xahiş edirəm mən gecikirəm.. iş görüşməm var. Onsuzda bu ayının üzündən daha da gecikdim.
- Mənə bax ifritə təhqirə keçmə..
- Hə düz deyirsən. Ayını təhqir etməyim.
- Səni indi...
- Ay bala susun dedim! Uşaqlar gəlin maşınların ikisini də cərimə meydançasına aparın. Çəkin bunları burdan.
- Nə?! Cərimə? Nə cəriməsi?
- Rəis mənim niyə? Sola qayda pozaraq dönən o idi!
- Səsini yüksəltmə.. ikisi də cərimə meydançasına gedəcək. Hirsiniz soyuyar gedib götürərsiniz. Bir də yol polisi ilə belə yükəsk tonla danışmarsınız. Çəkin maşınları!!
- Amma rəis
- Qardaşım , araşdırıb kimdir günahkar deyəcəyik.. indi mərkəzlə əlaqə saxlayarıq, amma maşın gedəcək.
- Bir dəqiqə olar sizi .
- Xanım yox dedim..
- Amma mən gerçəkdən tələsirəm.
- Mən də tələsirəm.
- ok... baxın.. mən xanımdan şikayətçi deyiləm. vəssalam məsələ həll olundu.
- Əsl mən şikayətimi geri götürürəm. bu adamı bağışlayıram.. hə.. hə... səni bağışlayıram dostum. Gedə bilərsən. Icazənizlə mən də getməliyəm.
- Bir dəqiqə xanım! Mən deyəsən dedim ki, maşın gedir meydançaya.. bunu iş başında olan polislə kobud danışmadan əvvəl düşünmək lazım idi. Qatmısınız aləmi bir birinə!
- Amma...
- Rəis...
- YOX! Kimin günahkar olduğu bilinəndən sonra gedib götürərsiniz.
- Axı...
- YOX! Indi mənə icazə verin işimin başına dönüm. Indi dəqiqləşdirərik kimdir günahkar.
- Üzr istəyirəm, adınız necə idi.
- Fazil Ataşkişiyev. Təqdim eləmişdim özümü..
- Çox gözəl Fazil bəy, mən 1 aydır bir şirkətdən görüş almaq üçün gecəmi gündüzümə qatdım. Indi geciksəm bir daha bu şansı əldə edə bilməyəcəm.
- Xanım mən neynəyə bilərəm ki? Şirkətə deyim işə götürsünlər.
Birdən oğlan kənardan qəh qəhə atıb gülməyə başladı. Qız astadan polisin qulağımn dibnində pıçıldadı.
- Axmaq
- Nə? Mən?
- Yoox yox Fazil bəy, sizə elə şey deyərəm. Mən.
- Nə isə! Ən salamatı hamımımz idarəyə gedək.
- Vallah billah öldürsəniz də gələ bilmərəm. Bu mənim son şansımdır.
- Rəis, mən də tələsirəm. Onsuz da maşını da çəkdiniz.. qoyun mən də işimə gedim.. 1 saat sonra hara desən gələrəm.
- Mən də bir saata gələrəm.
- Sən geri qalma yaxşı?
- Səninə danışan olmadı!
- Allah Allah ölürdüm axı səni danışdırmaqdan ötəri.
- Ölsəydin nə dərdim!
- Mənə bax tısbağa maşının sahibi
- Öz maşınına tısbağa de..
- Ikiniz də kəsin!!!bu nə biabırçılıqdır? Mən hələ belə bir şey görməmişəm. Dil qəfəsə qoymuraaa bunlar...Pahooo....ikinizlə də danışaq mümkün deyil. Indi gedin. Düz bir saat sonra əsəbləriniz soyumuş halda cərimə meydançasına gəlin. Orada da sənədləşdirərəik kimdir günhakar araşdırıb dəqiqləşdirərik.
- Çox sağolun Fazil bəy.
- Sağol rəis.
Hər ikisi yol polisindən ayrılıb taksi saxlatmağa çalışırdı. Allahdan iki taksi ard arda gəldi və minib getdilər. Yasəmən elə hey dilinin altında deyinirdi.
- tipsiz, axmaq, mədəniyyətsiz..
- kiə deyirsən bacı? Neynədim mən.
- Sizinlə deyiləm. Siz yolunuza baxın.
- Nə dedime mən o saat acılayırsan...
- Acılamıram, əsəbiyəm. Danışdırma yoluna bax.
- Allahım səbr ver bi tikə çörəyimizi qazanaq.
- Meşədən gəlibe.. Ayılarda br az etika var. Səndə bir azın azı da yoxdur. Səviyyəsiz.. Yekəxana. Nə isə sakitləş Yasəmən Sakitləş.. sənə vacib olan iş görüşməsində olduqca sakit və gülərüz görünməyindir. Onsuzda gecikdim.. inşAllah qəbul edərlər. Off... səhər səhər yaşadıqlarıma bax da...Maşının da xərci böyürdən çıxdı... bir dəqiqəyee nə xərci.. Maşınımı vurub canı çıxacaq özü də ödəyəcək. Yox bir... nə isə unut olanları bir saat içində hər şeyi unut nəəs al Yasəmən nəfəs al.
Yasəmən dərin dərin nəfəs alıb özünü sakitləşdirməyə çalışırdı. Allahdan yol açıq idi deyə gərginliyi də itirdi. Taksi iri binanın qarşısında saxladı.
- xanım, çatdıq.
- Çatdıq? Ay nə yaxşı... çox sağolun. Üstü qalsın...
Yasəmən tələsik şəkildə üst başıı saçını düzəldib içəri keçdi. Ilk addımdan artıq valeh olmuşdu.
- Bax, Yasəmən.. diqqətlə bax. Sən burada mütəxəssis olacaqsan.. sənin imkanların artıq o dar ofisə sığmayacaq...
- Yasəmən xanım?
- Bəli .
- Tam vaxtında. İlqar bəy indicə gəldi.
- Doğrudan? Gecikdim deyə qorxdum.
- Yox, yox. Onsuzda yanında başqa bir namizəd də var.
- Namizəd? Mən elə bilirdim tək mənəm?
- Yox nə danışırsınız? 3 namizədimiz var.. bu işi ən yaxşısına həvalə edə bilərik. Bizim şirkət üçün bu çox önəmli pozisiyadır.
- Hə, əlbəttə anlayıram. Referanslarınız olduqca yaxşıdır. 3 nəfəri Ilqar bəy özü şəxsən seçib. 500 namizəd arasından.
- Zarafat edirsiniz?
- Xeyr. Bu şirkətdə işləmək bilirsiniz nə qədər adamın arzusudur? Özü də uzun zamandır axtarırıq. İlqar bəy işində olduqca vasvası adamdır. Bu vəzifəyə şəxsən özü nəzarət edir. Nə də olsa şirkətin prestijini qaldıran reklamını edəcək şöbədir.
- Hə.. həə başa düşürəm.
- Sizə kofe ya da çay..
- Yox sağoun Ən yaxşısı mənə souq buz kimi su verin zəhmət olmasa.
- Burada əyləşin.suy gətirərəcklər indi. Başqa bir namizəd də gələcək onu da qaşılamalıyam. Uğurlar sizə .
- Təşəkkür edirəm.
Yasəmən bir az sakitləşmək üçün gözünü yumdu.. bir neçə dəqiqə sonra uzaqdan tanış bir səs qulağına çatdı. Az əvvəl onu qarşılayan xanımla danışırdı.
- Bağışlayın. Səhər səhər bir az tərsliklər oldu.
- Eyb etməz. Hələ sizin növbəyə var. Narahat olmayın.
- Çox sağolun.
- Sən!
- Yox...bircə bu yox...sən məni güdürsən!
- Danışığını bil! Mən niyə səni güdüm! Axmaq!
- Aydaa başladı yenə.. Mənim günahımsan sən? Nə düşmüsən arxamca....
- Nə düşəcəme.. sən məni güdmüsən.. hə hə.. ənə orda deyə bilmədim ürək sözünü kobud danışa bilmədin gəlmisən burda deyəsən hə..
- Ay qız!! Əl çək yaxamdan
- Ay oğlan, əsl sən çəkil qarşımdan... Danışığına bax bunun.
- Səni kim böyüdüb çölə buraxıb, mənə çox maraqlıdır?
- Danışığını bil dedim!
- Əmrlə danışma.. elə qışqıraram inan qulaqlarının pərdəsi partlayar.
- Ay qorxudan öldümmmmm Ay allah neyniyəcəm mən.
- Sən gəlin gedən ev yandıyeee yandı...
- Istəyir od düşsün sənə nə?! İnsanlıqda kənar məxluq, axmaq, sərsəm.
- Ey! Xanımlığına hörmət etdim deyəsən sən ağ elədin.!
- Budur hörmətin? Başına dəysin. Səndən hörmət görəcəyimə gedib küçədən keçən....
- Nə baş verir burda! Bu nə hay küydü?!
- İlqar bəy, bağışlayın. Mən də anlamadım. Birdən başladılar.
- Kimdir bunlar. Kim buraxıb bunları içəri.
- Işə görə gələnlərdir, bilmədim birdən..
- Xanım, nə olub?
- Bağışlayı bu adam səhərdən mənə mane olur. Günümü bərbad vəziyyətə salıb.
- Əsl sən mənə mane olursan.. maşınımı vurmağın az deyilmiş kimi
- Əcəb eləmişəm vurmuşam.. bilsəydim bir az da geri verib əzərdim üstündən keçərdim caım qyrtarardı..
- Bir dəqiqə! Bura bazar deyil.. Xanım zəhmət olmasa çantanızı götürün, bizə işdən də vacib insani dəyərlərdir. Siz bu şəkildə kobudluq edəcək və problem yaradacaqsınızssa bu başdan başqa iş yerinə müraciət edin.
- Nə? Amma..
- Zəhmət olmasa problem çıxarmadan in verin köməkçim sizi yola salsın.
Yasəmən donub qalmışdı. 1 aydır bu görüşü gözləyirdi və nəticə qovulmaqdan betər olmuşdu. Qarşısındakı adam rəsmən onu işə götürmədən qovmuşdu. Gözüsulu qız idi, amma onların qarşısında ağlamayacaqdı. Çantasını götürüb sürətlə oradan uzaqlaşdı.
Oğlan Yasəməni arxası ilə baxbıb özündən razı tərzdə gülümsəməyə başladı.
- Gənc adam?
- Bəli.
- Adınız nə oldu?
- Azad... Azad Şükürov
- Çox gözəl Azad Şükürov. Siz də gedə bilərsiniz.
- Nnecə?
- Xanıma aid olan sözlər sizə də aiddir. Hələ üstəgəl sizə iki qat olaraq deyim ki, xanımıla belə rəfdar edən adamla əsla və əsla işləmərik. Buyura bilərsiniz. əziyyət çəkdiniz gəldiniz. Sağolun.
İlqar bəy dönüb arxasında dayana oğlana baxdı.
- işə qəbul oldunuz.
- Çox sağolun ilqar bəy.
Azad nə ddeyəcəyini bilmədi. Məyus və əsəbi halda oradan çıxıb cərimə meydançasına yollandı. Çatdığında həmin polisi gördü. Bütün əhvalı səhərdən korlanmışdısa indi lap hövsələdən çıxmışdı. Yaxınlaşmaq istəyəndə səhərdən rastlaşdığı qızı görüb ayaq saxladı.
- cəhənnəm olsun getsin sonra gedərəm. Onsuzda bütün hirsimi tökməyə adam axtarıram. Axmaq qız. Qurban olasan ki, xanımdan yoxsa ağzını burnunu qırardım. Başı xarab.
Azad kənardan dayanıb polisin qıza protokol yazdıığını gördü. Məlum oldu ki, qəzanı törətməkdə günah qızda idi. Qız isə nə isə hərarətli hərarətli danışırdı. Yəqin ki, etriazını bildirdi. Azad əhəmiyyət vermədən üzünü kənara döndərdi. Durduq yerdə xərcə saldı. Bu ifritədən bir qəpik də almaram, amma bir dəli şeytan deyir nəyi var soy, qoy ağlı başına gəlsin. Bir az da gözləyib qızın getdiyini görüncə özü polisə yaxınlaşdı.
- Salam rəis
- Gəldin.. başım beynim getdi. Get götürün maşınınızı çıxın. Ikinizi də gözüm görməsin. Bir daha rastlaşsam cəzalardan cəza bəyənin.
- Nə olub rəsi sakit.
- Nə olub? Nə olub deyə soruşur bir də. Ay bala şəhərdə başqa qız yox idi gərək gəlib bu dəliyə vurardın.
- Mənim günahım yoxdur. O vurdu..
- Hər nə isə. Kameradan da izləndi protokolda tərtib olundu get götür maşını.
- Hardadır
- Qızın maşının yanında. Görəcəksən bir dənə qırmızı maşın odur.
- Yox sən allah getsin sonra.
Uzaqdan hər ikisi qızı seyr edirdi. Yasəmən maşınını yanına çatanda yanındakı maşının səhər vurduğu avtomobil olduğunu görüb təkəri təoikləməyə başladı. əlindəki çantasınıda kapota bərk bərk döyürdü.
- neynir bu dəli?
- Oğlum dəymə. Indi gedəcək.
- Amma maşını cızıq cızıq elədi..
- Baş qoşma.. inan məsləhət görümürəm.
Azad səbrini sıxıb seyr edirdi, əlidə olsa Yasəməni didərdi. Yasəmən isə bir az dayanıb maşının sağına soluna keçdi. Gedib təzədən öz maşınına əyləşərək dayandığı yerdən azca uzaqlaşdırdı. Azad və polis də baxırdı. Və hər ikisi birdən “Dayan” deyə qışqırmağa başladılar. Yasəmən maşının üstünə sürərək bu dəfə arxadan işığını sındırdı.


Yazar: Elif Duygu ve Lili Sh_Va



Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 382 447 479 477 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.