Azərbaycanın əməkdar artisti Moskvada Dmitri Xvorostovskinin xatirəsinə konsert verib

Azərbaycanın əməkdar artisti Moskvada Dmitri Xvorostovskinin xatirəsinə konsert verib

Moskva. 1 fevral. / Moskva Filarmoniyasının Çaykovski konsert zalında Azərbaycanın əməkdar artisti, Rusiyanın Böyük Teatrının solisti, beynəlxalq müsabiqələrin laureatı Dinarə Əliyevanın konserti keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, opera konserti D.Əliyevanın son iki ildə birgə çalışdığı, amma bu yaxınlarda vaxtsız vəfat edən mərhum rusiyalı tenor Dmitri Xvorostovskinin xatirəsinə həsr olunub.

Müğənniniz sözlərinə görə, o, uzun müddətdir konsertə hazırlaşıb və bu, onun karyerasında mühüm mərhələ olub.

Musiqi axşamında D.Əliyeva Cüzeppe Verdi və Cakomo Puççininin dahi operalarından ariyalar ifa edib.

Azərbaycanın Moskvadakı diasporunun üzvləri müğənniyə dəstək olmaq üçün konsertə gəliblər.





Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
347 351 358 371 386 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.