Kukulka

Kukulka Mətbəx 3-02-2018, 11:20

Qaraciyər əslində belə bişirilməlidir – DÜZGÜN QAYDASI

Qaraciyər əslində belə bişirilməlidir – DÜZGÜN QAYDASI





Qaraciyər yeməyi sevənlər çox olsa da, bəzi şəxslər onu xoşlamır. Amma mütəxəssislər qaraciyər yeməyin orqanizmə faydalı olduğunu bildirirlər. Loading. Az Ailem.az istinaden sizə qaraciyərin daha əvvəl bilmədiyiniz faydaları barədə məlumat verir.

Türkiyəli həkim, onkoloq Yavuz Dizdar bununla bağlı bildirir ki, ət yeyilən zaman protein alınır, amma qaraciyəri yedikdə orqanizm protein, vitamin daxil bir çox faydalı maddələrlə qidalanır: “Qaraciyər insan orqanizmi üçün əhəmiyyətli yer tutur. Çünki vitamin, mineral və proteinlər qaraciyərdə yığılır. Onu yedikdə bütün bu faydalı maddələrin hamısını birlikdə və balanslı şəkildə qəbul etmiş olursunuz. Tərkibində həmçinin şəkər və amin turşuları da var. Ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələrlə zəngindir. Çünki qaraciyər bədənin metobalizma mərkəzidir və içinə vitaminləri yığma xüsusiyyəti var. Bu baxımdan ətdən üstündür".

Həkim qaraciyərin hansı qaydada bişirilərsə, daha faydalı olmasından da danışıb: “Qaraciyər çox bişirilərsə, qida dəyərini itirər. Xəfif qızardıldığında içərisindəki qida dəyərlərini qoruyur, amma çox qızardıldığında tərkibindəki qidalandırıcı ünsürlərin bir qismi istilik səbəbindən xarab olur. Qaraciyərin bir az çəhrayı qalması vacibdir, ocaqda uzun müddət qalıb tündləşərsə, tərkibindəki faydalı maddələr yox olar. Nazik doğranıb qızardılmalıdır. Quzu ciyəri alıb, nazik şəkildə doğrayıb, unlayıb qısa müddətli qızartmaq həm dadlı, həm də faydalı olar”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 562 617 548 479 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.