♔Princess♔

♔Princess♔ Sağlamlıq 9-05-2016, 11:00

Bel və qarın bölgəsindəki yağlardan xilas olaq

Bel və qarın bölgəsindəki yağlardan xilas olaq



Beldəki yağlardan xilas olmaq çətin məsələdir. Pəhriz sizə arıqlamağı vəd etsə də çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad olursunuz.
Bel və qarın bölgəsindəki yağlar isə olduğu kimi qalır.
Araşdırmalar göstərib ki, beldəki piylərdən xilas olmağın ən asan yolu bol miqdarda kalsium qəbul etməkdir. Bəli, kalsium təkcə sümüklər və dişlər üçün faydalı deyil, ideal görünmək üçün də bu minerala ehtiyacınız var. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir. Bu mineral əzələlərin möhkəmlənməsi üçün əhəmiyyətlidir, çünki bədəndəki yağları parçalayır. Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur.
Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 mikroqram kalsium qəbul etsələr, kifayətdir. 50 yaşdan sonra bu miqdarı 1200 mikroqrama çıxarmaq lazımdır. Hamilələr isə gündə 1300 mikroqram kalsium qəbul etməlidir.

Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin, doşab, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
763 713 713 655 792 699

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.