Uşaqla oyun oynayın

Uşaqla oyun oynayın
Uşaqla oyun oynayın


"Əziz valideynlər, komplekslərinizi atın! Körpələrinizlə oynayın!”
Son vaxtlar mütəxəssislər tərəfindən iki anlayış istifadə edilir. Bunlardan biri erkən inkişaf, digəri isə erkən müdaxilədir. Erkən müdaxiləni ləngimə hiss edilən körpələrimizlə bağlı, erkən inkişafı isə körpələrimizin yeni doğulduqları çağalıq dövründən etibarən istifadə edirik.

Əziz valideynlər, uşaqlarınızın erkən inkişafı üçün körpələrinizə oyuncaqlar alın. Oyuncaqları seçərkən körpələrinizin yaş göstəricisini mütləq nəzərə alın.

Körpələrinizin sosiallığı və sosial ünsiyyəti, kiçik dialoqları oyunlarla yaranır. Oyuncaqlar körpələrinizin ilk fəallığı, ilk işləridir. İlk fəallıqlarını maraqlı edərək, körpələrinizin erkən inkişafına nail ola bilərsiniz. Uşaqlarla tez-tez işləyən, məşğul olan hər kəs ən yaxşı oyun və oyuncaqların evdə olduğunu və evdən başladığını yaxşı bilir. Evdə sizə lazım olmayan qutularınızı belə, oyun üçün əyləncəli formaya sala və uşağınızla oyun zamanı istifadə edə bilərsiniz. Çünki ev şəraitində əl işi, əllə düzəltdiyimiz oyuncaqlar bizim üçün daha doğma sayılır.

Öncə bir neçə normativə diqqət yetirək
Oyuncaqlarla oynamaq uşağın böyüməsində və inkişafında vacibdir… Oyuncaqlar uşaqlar üçün təhlükəsiz olmalıdır. Oyuncaq alarkən nədən hazırlandığına, suya davamlı olub-olmadığına, kənarlarının kəskinliyinə diqqət edin. Çünki körpələr oyuncaqları ağızlarına salırlar.

Oyuncaqlar inkişafda olan sahələrə stimul verə bilər
Vizual motor oyuncaqlar — əl-göz koordinasiyasına müsbət təsir edir və körpələrimiz həm bədən üzvünü, həm ağlını istifadə edir. ( kağız üzərində rəngləmək və s.)

Dil – nitq əsaslı oyuncaqlar nitqin inkişafına kömək edir (səsli oyuncaqlar və s.)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 440 456 447 489 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.