❤Quen❤-dən (10)

-O qədər çox xəyalını qurmuşdum ki bəzi şeylərin,yaşasam bu qədər xoşbəxt etməyəcəkdi bəlkə də.Xəyallarda daha səmimi,xəyallarda daha ayrıntılı yaşamışdım hər birini.Daha da önəmlisi xəyallarda zamanı mən idarə edirdim və sənin içində olduğun hər anı yavaş yavaş yaşıyırdım.Məsələn sənə dəqiqələrcə deyil günlərcə sarılırdım.Səsin sənsizlikdən qalan son xatirə kimi qulağlarımın yanı başında öz hakmiyyətini elan edir və tapdığı hər səssizlikdə adımı söyləyişinlə qarşıma keçirdi.Adını silə bilərdim,qəhvəyi saçlarını ağ qara yalnızlığıma qatar öz tükənişimdə məhv edə bilərdim,fəqət səsin?səsin məndə qalan son parçandı və “insan sevdiyi səsi unutamaz ”cümləsini sərf edərkən bu qədər haqlı olduğumu bilsəm sənə daha möhkəm sarılır“məni buraxma ”deyə yalvarardım.Daha islana bilmədiyimiz çox yağış,arxasından qaça bilmədiyimiz çox macəra,kəşf edə bilmədiyimiz onlarca küçə vardı.Yaşlanacağdıq,birlikdə.Yanı başımda yaşlanacağdın.Xəstə olduğun zamanlar olacağ və sənin üçün yemək bişirməyi öyrənəcəkdim.Bəyənməsən də bəyəndim,çox dadlıdı deyəcəyini adım kimi bildiyim halda israrla soruşacağdım.Kiçik bir evimiz olacağdı,xatırladınmı?bəlkə Bakıda,bəlkə də bam başqa insanların daha az olduğu bir yerlərdə.Mütləq bir balkonu olacağdı.Kiçik olsa da olardı ama səhər yeməyimizi orada yeyəcədik.Dəniz görməsi şərt deyildi.Səhərlər telefonun alarmı ilə deyil də səsinlə oyanmağ istərdim.Bunu adın kimi bildiyin üçün nəfəsinin istiliyi nəfəsimə qarışacağ,səsin yuxulu səsimə qarışacağdı.Əllərini ovuclarıma alıb gizləyəcəkdim,isidəcəkdim.Uzun xəyallar quracağ,balkona çıxdığında üşüsən belinden kürəyinə qədər səni saracağdı qollarım.Xatırladın mı?bu yaz bir adaya gedəcəkdik,bir qayığda sarılıb qağayıları seyr edərkən yuxuya gedəcəkdik.Xəyallarıma ən çox sən yaraşırsan.Fəqət sənin də xəyaldan bir fərqin qalmadı.






