“Android” əməliyyat sistemindəki 5 illik boşluq qapadıldı

“Android” əməliyyat sistemindəki 5 illik boşluq qapadıldı


“Android” əməliyyat sistemindəki boşluq nəhayət ki, “Google” tərəfindən qapadıldı. May ayı üçün yayımlanmış CVE-2016-2060 kod adlı təhlükəsizlik yeniləməsi ilə problem öz həllini tapıb. Beləki, yeniləmə tətbiqlərin cihazdakı SMS və zəng məlumat bazasını görə bilməsini təmin edən boşluğu doldurub.

Sözü-gedən boşluq əsasən “Android 4.3 Jelly Bean” və daha köhnə versiyalara problem yaradır. Bu əməliyyat sistemlərindən istifadə edən istifadəçilərin payı 24 faizdir. Bu o deməkdir ki, hər 4 “Android” istifadəçisindən biri bu təhlükə ilə qarşı-qarşıyadır.

Qualcomm prosessor və “Android 4.4 Kitkat” əməliyyat sistemində işləyən smartfonlar da bu təhlükə ilə üz-üzədir. Buna görə də, əməliyyat sistemini yeniləməkdə fayda var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
704 605 678 625 659 730

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.