“GoPro” virtual reallıq video tətbiqini təqdim etdi
“GoPro” qısa müddət bundan əvvəl altı kameralı “Omni VR” texnologiyasını satışa çıxardı.
Şirkət 360 dərəcəlik virtual reallıq videoları üçün “GoPro VR” adlı bir kanal yaratdığını açıqladı. Həmçinin, “HEROCast” adlı naqilsiz yayımlama vasitəsinin yeni versiyasını təqdim edib.”GoPro” virtual reallıq tətbiqi olan “GoPro VR” veb, iOS və Android üçün təqdim olunub. Platformada virtual reallıqla bağlı videolar yerləşdirilib. İlk olaraq idmançı və sənətçilərin virtual reallıqla bağlı videoları yerləşdiriləcək, daha sonra isə adi istifadəçilər öz virtual reallıq videolarını bu platformaya daxil edə biləcək.