"Allahdan qorxanlar"

Bizimkilərin dəqiqə başı şeşələnərək dedikləri bir söz var: "Mən Allahdan başqa heç kimdən qorxmuram". Əslində isə biz Allahdan başqa hər kəsdən, hər şeydən qorxuruq.Adımızn çıxmasından, kiminsə bizdən daha uğurlu olmasından, "camaat nə deyər?"dən, kasıblıqdan, müdirimizindən, bütün savadlı insanlardan və s. Ancaq Allahdan qorxmuruq.Allahdan qorxan adam xəstəyə qəsdən səhv diaqnoz qoymaz ki, o analiz sənin, bu rentgen mənim gəzsin xəstəxananı pul tökə-tökə.Allahdan qorxan adam iftar süfrəsi təşkil edib, sonra da o süfrədə bütün günü öz "saleh" əməllərinin reklamı ilə məşğul olmaz. Etdiyi əməllərin yaxşısını da, pisini də Allahın gördüyünü bilər.Allahdan qorxan adam tanımadığı bir qızı tanımadığı bir oğlanla yol gedərkən görüb deyə adına söz çıxarmaz, "fahişə" damğası vurmaz. "Bəlkə qardaşıdır?", "bəlkə xalası uşağıdır, qohumudur?", "bəlkə ümumiyyətlə yaxın bir dostudur?", "bəlkə həqiqətən sevdiyi və ciddi fikirdə olduğu insandır?" deyə düşünüb dilinə yiyə durar.
Allahdan qorxan adam qonşusunun aldığı yeni maşının paxıllığını çəkməz. Hansısa qohumuna cadu elətdirməz.Camaatın ağıllı-başlı qızını öz bacısı oğlu olan narkoman gədəyə alıb, qızı bədbəxt eləməyə çalışmaz. Bu xalq Allahdan qorxsa indiki durumda olmaz.
Sayta dərc etdi: Kənan0001






