Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 10-02-2018, 10:52

Elnarə ilə Tolik arasında dava

Elnarə ilə Tolik arasında dava
Elnarə ilə Tolik arasında dava


Müğənni Elnarə Xəlilova “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı olub.

axsam.az-ın məlumatına görə, müğənni proqrama gələn zaman başına tac qoyub. Onunla birlikdə fotosunu rubrikanın aparıcı Ruslan Ağayev İnstaqram səhifəsində paylaşıb.


Şəklin altına prodüser Tarix Əliyev (Tolik) “Daha bilmədi nəylə gündəmə gəlsin” sözlərini yazıb.

Elnarə ona “Elnarə elə həmişə gündəmdədir. Ola bilsin sənin gündəmində deyil” cavabını verib.

Tolik daha sonra sözlərinə bunları əlavə edib:

“Vallah, tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin Maşallah səsin, sənətin var. Bəziləri kimi buna ehtiyacın yoxdur. Amma özün buna şərait yaradırsan. Mənim sözümü deməyə və kiməsə irad tutmağa bu aləmdə haqqım var. Ən azından sən çox işlər görmüsən bu sənətdə”.

Qeyd edək ki, Tolikin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması söz-söhbətə səbəb olmuşdu. Bu qalmaqala Nadir Qafarzadə də qoşulmuşdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
565 601 555 502 586 537

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.