❤Quen❤

❤Quen❤ Hekayələr 13-02-2018, 19:54

MÖCÜZƏLİ TALEYİM Bölüm 3

MÖCÜZƏLİ TALEYİM Bölüm 3


Anar-Qızın intahar edəcəyini zənn edib yavaşca arxadan ona yaxılaşmışdım.Onu ağuşuma alıb balkonun kənarına çəkmişdim, Lakin tarazlığımı qoruya bilməyib üstünə yıxılmışdım. Təəccüb dolu baxışlarla mənə baxırdı. Onun gözlərində sözlə ifadə edə bilmədiyim nəsə var idi.İlk dəfədir ki, qəhvəyi gözlər məni özünə valeh edirdi. Ürkək ceyran kimi sual dolu baxışlarla mənə baxsada onun gözlərində qeyb olub özümü itirmişdim. O gözlərdə həm ümid,həm də hüzün gizlənirdi sanki. .

Ayan-Bir anda yaşadığım olayın şoku və oğlanın üstümdə mənə heyran-heyran baxması məni təəccübləndirmişdi. Kim idi o? Niyə məni qucaqlayaraq yerə yıxmışdı? Bu suallar içində qərq olmuşkən birdən özümü toparlayıb onu üstümdən itələmişdim.

Ayan"Hey dəli olmusan? nə etdiyini sanırsan? "

Anar bir an özünü itirsədə tez dili topuq vura-vura cavab verir ""Buda mənim yaxşılığım. Gənc yaşında hansısa axmaq səbəbə görə intahar edəcəkdin. Həyatını qurtardım, təşəkkür etməlisən.

Ayan" Nə intahar? başın xarab olub? sən nədən danışırsan? Mən bura hava almaq üçün çıxmışdım "

Anar "Hava almağa başqa yer yox idi xanım "çoxbilmiş "?"

Ayan"Şeyy. .Sənə nə? İstəsəm lap çıxıb damda hava alaram "

Anar"Harda dəli var gəlib məni tapır. Anar lazım idi bu sənə? "

Ayan "Ağzını topla, dəli sənsən! "

Anar "Nə isə, yaxşılıq etmək istədik borclu çıxdıq. Səninlə uğraşacaq vaxtım yoxdu balaca ifritə"

Ayan "nə dedin sən? ?deyərək Anarın həssas yerinə təpiklə zərbə endirir.

Anar"axx" deyərək ufuldamış, Ayan isə üzünə qondurduğu qələbə sevinciylə onu izləyib gülümsəyirdi.

Ayan-Uşaqlıqda məhləmizdə oğlanlarla dostluq edirdim,onlar mənə çox mahir təpik və yumruq atmağı öyrətmişdilər. İndidə öyrəndiklərim vasitəsi ilə bu həddini bilməzə gününü göstərmişdim "
Anar "dayan sən "deyib Ayanın üstünə gedir, Ayan isə qorxudan arxa-arxaya getməyə çalışırdı. Ayan arxasını görmədiyi üçün bir addım daha atsa balkondan aşağı düşəcəkdi.Qızcığaz arxasının balkonun dirəyinə söykəndiyinin fərqinə varanda "ayy"deyərək az qala beli üstə binadan yerə düşəcəkdi, Anar tez Ayanın qollarından tutub onu özünə çəkmişdi.Ayan Anarın qolları arasında qorxudan tir-tir əsir, Anar isə "keçdi, sakitləş "deyərək onun saçlarını sığallayırdı.Sanki az öncə bir-biriləri ilə didişən bunlar deyilmiş kimi. ..Bir anda Ayan onun qolları arasından çıxmış ""Mə-Mənn. .Az öncə etdiyim şey üzündən üzr istəyirəm "demişdi.

Anar "Eybi yoxdu. Yaxşı deyilsən. Gəl düşək bufetdə bir az oturaq özünə gələrsən " demişdi .

Ayan -Hal-hazırda etiraz etmək kimi bir niyyətim yox idi ,çünki neçə gündür düzəməlli bir şeydə yemədiyimdən başım gicəllənməyə başlamışdı.
Anarla birlikdə liftə minmiş 1-ci mərtəbəyə düşürdülər. Ayan bayaq etdiyi hərəkətdən bərk utanırdı amma öz-özlüyündə "oda elə şeylər deməsəydi "deyə özünə haqq qazandırırdı. Anarsa onun üz cizgilərini incələyir, belə incə görünüşlü qızın içində elə canavarın necə çıxdığına təəccüblənirdi.Litf birinci mərtəbədə dayanmış, Anar Ayana öndən getməsi üçün yol göstərmişdi.Boş stollardan birinə oturmuşdular.Anar ayağa qalxaraq əlində iki ədəd kofeylə qayıtmışdı.Araya çökən sükutdan sonra Anar sözə başlamışdı.

Anar "Yanlış anlamayın amma bayaq sizi həkimlə koridorda danışarkən gördüm. Deyəsən atanız xəstədir? "
Ayan "siz? axı hardan? ""

Anar "Mənimdə bu gün həkimlə işim var idi.Alnımdanda göründüyü kimi balaca bir qəza keçirmişəm.Sizi koridorda söhbət edərkən gördüm, istəmədən qulaq misafiri oldum"

Ayan "Anladım..Atam ürək xəstəsidi. .Təcili Türkiyədə əməliyyat olunmalıdı.Ancaq bizim o qədər pulumuz yoxdu.Qohumlarımdan da bircə dayım həyatdadı ancaq onlarında o qədər imkanı yoxdu "
Elə bu vaxt Anarın telefonuna zəng gəlir "üzr istəyirəm "deyərək masadan qalxır

Səlim "Anar hardasan? çıxmamısan hələ xəstəxanadan?

Anar "Səlim gəlirəm birazdan. Maşını neyləyə bildin?

Səlim "Narahat olma.Təmirə yola saldım. Xərci biraz çox çıxacaq dedilər amma Anar Məlikovun əlində o qədər pul nədir ki" deyib gülsədə sanki Anarın ağlını başına gətirmişdi. Bu səhər atasıyla olan söhbəti xatırladı.Atası əlindəki hər şeydən onu məhrum etmişdi.Və qəfildən ağlına gələn fikirlə masaya doğru yaxınlaşmışdı.

Anar "adın nə idi sənin soruşmaq lap yadımdan çıxıb "

Ayan "Ayan. .nə olub ki?"

Anar "lap gözəl Ayan. Mən də Anar Məlikov. Məlikovlar ailəsinin tək varisi. Yəqin adımı eşitməmiş olmarsan "

Ayan "Yox, adınızı ilk dəfədir eşidirəm. Ancaq bunun bura nə dəxlisi var? ""

Anar "bax Ayan. .atanı sağaltmağımı istəyirsən? ""

Ayan "Necə yəni? doğrudan? Amma tanımadığınız biri üçün bunu niyə edəsiniz? ""

Anar "Təbii ki,həyatda hər şey qarşılıqlıdır. Mən atanın həyatını qurtaracam sən də mənim "

Ayan "Anlamadım ""

Anar "Dünən gecə bir küçə qadınıyla kameralara tuş gəldiyim üçün atam məni əlimdəkiləri almaqla cəzalandırdı. Əgər dediklərini eləməsəm pul üzünə həsrət qalacam. Atamın irəli sürdüyü qanunlar arasında "evlilik"də var idi. Narahat olma evlilik mənim üçün yad anlayışdı. Heç kimlə evlənmək fikrim yoxdu.Amma Heydər paşanın gözündən pərdə asmaq üçün mənə ədəbli, gözəl və cazibədar bir "sevgili"lazımdı. Və bu sən olacaqsan "

Ayan "Nə danışığının fərqindəsən? deyəsən oturub biraz söhbət etdim deyə məni ucuz qızlardan sandın ""

Anar "Biraz sakitləş.Atanın həyatı qarşılığında mənim kuklam olacaqsan bir neçə aylıq. Onsuz ailən Türkiyəyə gedəcək. O vaxt müddətində mən sənə nəyi necə edəcəyini başa salacam. Sonra ailəmlə tanış edəcəm. Əminəm Heydər paşa səni çox sevəcək.Sonra isə qəfildən sən məni tərk edəcəksən. Mənsə bu dərdə dözməyib depresiyaya düşəcəm.Və xoşbəxt sonluq burada yaşaya bilməyəcəyimi deyib bir dəfəlik xaricə köçəcəm. Yəni 4-5 aylıq yardımına ehtiyacım var, sonra sən yoluna mən yoluma"

Ayan "Qulaq as Anar Məlikov ! Bu planlarını başqasına saxla. Mən atamı bir yol tapıb əməliyyat ettirərəm ancaq əsla sənin yatağına girən "kukla"lardan olmaram

Anar "Axxaxa. Narahat olma mənim yatağıma girənlər səndən qat-qat gözəl və cazibədardılar. Birdə o qədər pulu ancaq o bəyənmədiyin kuklaların etdiyi yollara baş vuraraq əldə edə bilərsən "
Elə bu an Ayan ayağa qalxaraq Anarın üzünə sərt şillə ilişdirir. Anar "hirsini bundan çıxaracaqsansa olsun. Unutma atanın az vaxtı qalıb. .Al bu kartım; yaxşı fikirləş. Sabah səhər qədər vaxtın var ""
Ayan əlinə tuturşdurulmuş karta və heç nə olmamış kimi ordan uzaqlaşan Anarın arxasınca baxa-baxa qalmışdı. Bir insan nə qədər özündən razı ola bilərdi ilahi. .Anar yenə bilmədən kiminsə qəlbini sındırmışdı.Ayan artıq onu yaxından tanımasa belə nifrət edirdi ona. ..Anarsa taksiyə minərək Səlimin yanına yola düşmüşdü. Olub-bitənləri Səlimə danışmış, Səlimsə şok vəziyyətdə onu dinləyirdi

Səlim "sənə inana bilmirəm Anar. Bir qızla necə o tərzdə danışa bilərsən axı "

Anar "Səlim istəmədən ağzımdan çıxdı sözlər. .Həm də mən ona qucağımı yox pulumu təklif edirəm. Nəticədə atasınıda sağaldacam. Sabahdan işə başlayacam atamda məcbur kartlarımı aktiv edəcək, mən də pulu aparıb qıza verəcəm. Təbii ki,qəbul eləsə
Səlim "Qızın qüruruna toxunmusan Anar. qəbul etsədə bil ki, atasına görə məcbur qəbul edəcək "

Anar "Bilirəm Səlim bilirəm. Az çərənlə,ordan viski süz mənə "

Ayan olayın şokundan özünə gələn kimi liftə minib atasının palatasına qalxmışdı. Anarın verdiyi kartı atmaq istəsədə nədənsə vazkeçmiş, əzərək cibinə qoymuşdu. .
Liftə minərək yuxarı qalxmış, atasının palatasına doğru addımlamışdı. İçəri keçəndə yorğunluqdan divanda yuxuya getmiş anasını və neçə gündür ağrılarını hiss etməsin deyə iynələr vasitəsi ilə yatızdırılan atasını gördü. Asta addımlarla atasına yaxınlaşaraq "Ata, sağalacaqsan söz verirəm. Yenə birlikdə iki dost kimi söhbət edəcəyik.Sən axı mənim universiti bitirib advokat olacağımı görəcəksən axı. Söz vermisən unutma"deyərək alnından öpərək otaqdan çıxmışdı. Koridorda telefonunu əlinə alaraq Sevdaya zəng etmişdi.

Sevda "Ayan? ?hardasan? neçə gündür Kənanla mesajlarımızada cavab vermirsən. Yoxsa evlənmisən xəbərimiz yoxdu "

Ayan "Sevda zarafatın vaxtı deyil. 4 gündür xəstəxanadayıq. Atamın vəziyyəti ciddidir. 5 gün içində əməliyyat olunmasa onu itirə bilərik "

Sevda "Nə? ? inana bilmirəm sənə Ayan.Bunu indi xəbər verərlər? sabah tətildən qayıdıram onsuz. Gözlə gələcəm yanına. Etirazda qəbul etmirəm "

Ayan "Yaxşı, hələlik" deyərək danışığı sonlandırmışdı. Neçə gündür xəstəxanada olduğundan paltarlarınıda dəyişə bilməmişdi.Anasını yaxınlaşaraq oyatmış evə gedəcəyini bildirmişdi. Axşam evə gələn kimi duşa girmiş, bu gün Anarın etdiyi təklfii düşünürdü .Heç kim onunla elə danışıb qürurunu sındıra bilməzdi.Lakin indi çıxılmaz vəziyyətdə qalmışdı. Axşam Anara zəng etmişdi qürunu və mənliyini sındırmağı gözə alaraq. ..




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 497 449 480 532 538

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.